NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 01:29

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | ƏLİABBAS Əlimədət | Регистрация | Вход

ƏLİABBAS Əlimədət oğlu Əliyev

 

    Tanınmış jurnalist olması haqqında eşitmişdim. Lakin məqalələrini oxumamışdım və şəxsən tanımırdım. Bəri başdan deyim ki, tanışlığımızdan bir neçə gün sonra onun "Qanun naminə” qəzetində dərc olunmuş "Milli Məclis üzvlərinə açıq məktub. Millət vəkilləri xalqa xidmət edirlər?” sərlövhəli məqaləsini oxudum və feyziyab oldum. Etiraf edirəm ki, belə təsirli, cəsarətli və obyektiv məqalə çoxdan oxumamışdım. Xalqın ürəyindən tikan çıxaran məqalədir.

     "Novxanılılar” saytını açandan az sonra bir neçə ziyalı ətrafımıza toplaşdı. Onlardan biri də Əliabbas Əlimədət oğlu idi. O, xeyixah, savab iş gördüyümüzü söyləyərək ilk gündən işə girişdi. İki gün sonra "Təzadlar” qəzetində "Novxanılılar” saytı haqqında xəbər dərc etdirdi, məramımız barədə oxuculara məlumat verildi. Bundan sonra saytımıza axın gücləndi.

     Əliabbas müəllim məşhur novxanılıların aşkar edilməsində fəal iştirak edib, onlar haqqında bir çox məqalə hazırlayıb, digər yazıları redaktə edib. "Novxanılılar” kitabının yazılma prosesində onun əməyi xüsusilə qeyd edilməlidir.

     Əliabbas Əlimədət oğlu 1937-ci ildə Novxanıda doğulub. Uşaqlığı ağır bir dövrə - Böyük Vətən müharibəsinə təsadüf edib. Atası yuxu kimi yadına gəlir. Onu çox erkən itirsə də özünü atasız hiss etməyib. Qardaşları onu həmişə qayğı ilə əhatə ediblər. Novxanıdakı yeddiillik, Binəqədidəki onillik məktəbləri əla qiymətlərlə bitirib.

     1960-ci ildə Azərbaycan Dövlət  Universitetini  bitirən  kimi görkəmli Azərbaycan jurnalisti  Nəsir  İmanquliyev  (qəbri nurla dolsun)  onu redaktoru  olduğu «Bakı» axşam qəzetində işləməyə dəvət edib. Burada 30 ildən çox işləyib, uzun illər redaksiyanın əsas şöbəsinə və partiya təşkilatına rəhbərlik edib. Səmərəli fəaliyyəti dəfələrlə dövlət səviyyəsində qiymətləndirilib. İki dəfə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülüb. Üçüncü dəfə həmin ali orqanın fərmanı ilə "Əməkdar jurnalist” fəxri adı alıb. "Qızıl gələm” mükafatına layiq görülüb.

     "Bakı” və "Baku” axşam, "Hikmət” qəzetlərinin baş redaktoru seçilib, "Respublika gəncləri” qəzetinin redaktoru, "Naxçıvan”, "Mozalan”, "Hakimiyyət”, "Qanun naminə” qəzetləri baş redaktorlarının müavini olub. İndiyədək yazdığı minlərlə məqalədə böyüməkdə olan nəslin tərbiyəsinə xüsusi diqqət yetirir. İnsanları, ilk növbədə səlahiyyət sahiblərini haqqa-ədalətə, Allah yoluna səsləyir, onları kasıb-kusuba əl tutmağa çağırır, hər cür zorakılığı qəzəblə pisləyir, Xudavəndi-Kərimin halal buyurduqlarını tərənnüm edir.

     1969-cu ildə Leninin olduğu yerlərə Ümumittifaq səyahəti zamanı xalqını ləyaqətlə təmsil edib. Tanınmış rus şairəsi Tatyana Mus (səfər yoldaşı) həmin il mayın 28-də «Murmanskaya pravda» qəzetində dərc etdirdiyi şeirində yazıb:«Когда речь идёт о мужестве и чести, Азербайджанeц Алиаббас!»

 

                                                                                                             Vaqif Ağayev

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться