NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 04:59

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Qəzənfər Məmmədov | Регистрация | Вход

Məmmədov Qəzənfər Cəfər oğlu

Qəzənfər Məmmədov 1905-ci ildə Bakıda, fəhlə ailəsində doğulub.  Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra fəhlə fakültəsində təhsil alaraq komsomol sıralarında fəal ictimai işə başlayıb. 1927-29-cu illərdə Ağdam qəza komitəsində və Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində işləyib.

1929-cu ildə mətbuat orqanlarında işə keçir: "Gənc işçi” qəzetinin məsul katibi, redaktoru, sonralar "Kommunist” qəzetinin şöbə müdiri, məsul katibi, redaktoru olur.

1941-ci ildən 1945-ci ilədək Azərbaycan Kommunist Partiyası (KP) Mərkəzi Komitəsinin (MK) katibi vəzifəsində çalışıb. 1946-cı ildə Ümümittifaq Kommunist Partiyası MK yanında Ali partiya məktəbini bitirdikdən sonra yenidən Azərbaycan KP MK katibi seçilir, 1950-ci ilədək bu vəzifədə işləyir.

Mərkəzi Komitəyə katib təyin olunması ilə əlaqədar Q.Məmmədvu İ.Stalinin qəbuluna çağırırlar. Köməkçi N. Poskrebışev Qəzənfər müəllimi böyük rəhbərin kabinetinə kecirir. Kabinet boş idi. Stalin bir az sonra kabinetə daxil olur. Salamdan sonra soruşur:

- Otkuda rodom (əslən hardansan)?

- İz Baku, - cavabını alanda bir daha soruşur:

- Otkuda (harasından)?

- İz kreposti (içəri şəhərdən), - Q.Məmmədov cavab verir.    

- Belıe ştanı (ağşalvarlı)?

- Otes faetonşikom bıl (atam faytonçı olub).

Bir neçə dəqiqə Azərbaycandakı vəziyyətlə bağlı sorqu-sual edəndən sonra Q. Məmmdova getməyə icazə verir.

Atamın dediklərindən: "Müharibə dostum, yazıçı, jurnalist, həqiqətən savadlı, bacarıqlı insan mənə müraciət etmişdi ki, bir vəzifə verilməsi barədə dayım Qəzənfər Məmmədova ağız açım. Xahişi ona çatdırdım. Q.Məmmədov həmin adamı qəbul edir, tanış olur. Bir neçə müddətdən sonra o, raykomlardan birinə katib təyin edilir. Üstündən bir il keçəndən sonra raykom katibi xidməti avtomobildə Binəqədiyə qəlir, məni tapır və iki böyük bağlama hədiyyə ötürür ki, birini dayıma çatdırım. Hədiyyələri görən kimi sözün əsl mənasında vahiməyə düşdüm: "Sən neynirsən, dayım bunu eşitsə, ikimizin də dərisini soyar!”. Dayımın təmizliyini yaxşı bildiyim üçün heç öz hədiyyəmi də götürməyə cürət etmədim”.

Mircəfər Bağırov bir dəfə kabinetində Qəzənfəri təhqir edir. Özünü saxlaya bilməyən novxanılı masanın üstündəki külqabını qaldırır ki, Bağırovun başına vursun. Külqabını onun əlindən alırlar. Qəzənfər oradan çıxıb evinə yollanır və ertəsi gün işə çıxmır.

Axşam M.Bağırov telefonla zəng çalır:

      - Qəzənfər, niyə işə çıxmamısan?

      - Tutulmağım evimdə baş versə, mənim üçün daha yaxşıdır, -cavab verir.

M.Bağırov gülə-gülə:

- Qəzənfər, işə çıx!

Sonralar nə M.Bağırov, nə də Q.Məmmədov həmin epizodu bir daha yada salmır.

Yaraşıqlı, təmkinli, alıcənab, zarafatçıl adam idi. Bakıda yaşayan novxanılı qohumlarla daim ünsiyyətdə olub. Hüsniyə nənəmin bişirdiyi qutabları çox sevərdi. Bağa tez-tez gələrdi.

Qohumlara əl tutardı. Çox təmiz adam idi. Rəhmətə gedəndə bu boyda vəzifə sahibinin evində məclisi yola vermək üçün mebel, qab-qaşıq tapılmadı.

Respublika partiya təşkilatında rəhbər vəzifədə olarkən Qəzənfər Məmmədov partiya kadrlarının hazırlanması və tərbiyəsi sahəsində böyük əmək sərf edib. 1951-62-ci illərdə "Kommunist” qəzetinin redaktoru, "Azərbaşpoliqrafnəşr” in rəisi, Azərbaycan SSR mədəniyyət nazirinin müavini, "Azərbaycan kommunisti” jurnalının redaktoru olub.

1962-ci ildə pensiyaya çıxan Q.C.Məmmədov Azərbaycan SSR Nazirlər Sovetinin aparatında işləyib.

O, respublika partiya təşkilatının XVI, XVII, XVIII və XIX qurultaylarında Azərbaycan KP MK üzvü, XXIV qurultayda isə MK üzvlüyünə namizəd seçilib.

Dəfələrlə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub.

Partiya və hökumət Q.C. Məmmədovun fəaliyyətini yüksək qiymətləndiriblər. O, Lenin ordeni, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı” ordenləri və medallarla təltif edilib.

1973-cü ildə vəfat edib.

                                                   Vaqif Ağayev

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться