NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 19:50

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Ucalığa gedən yol | Регистрация | Вход

Ucalığa gedən yol

Azərbaycan, Odlar diyarı, Şərqin ən qədim, təbii-coğrafi şəraitinə görə isə dünyanın ən səfalı, ən zəngin ölkələrindən biridir. Azərbaycan ərazisi, əsasən subtropik və mülayim iqlim zonasında yerləşir. Mürəkkəb relyef, Xəzər dənizinin yaxınlığı, günəş radiasiyasının çoxluğu və hava dövranının kompleks təsiri nəticəsində Azərbaycanda yer kürəsinin 11 əsas iqlim tipindən 9-u müşahidə olunur. 9 iqlim qurşağında nəfəs alan gülzar torpağımızın rəngarəngliyi və zənginliyi burada bitki aləminin inkişafını və torpağımızın bollu-bərəkətli floraya malik olmasını göstərir.

Torpağımızın altı da, üstü də sərvətli, bərəkətlidir. Ulu Tanrı doğma yurdumuzdan heç bir nemətini əsirgəməyib. Torpağımız elə bir iştah açan süfrədir ki, ta qədimdən dostun da, düşmənin də gözü

 bu süfrədə qalıb. Gündoğandan günbatanadək çoxları bu süfrəyə can atıb, dəfələrlə zəngin yerüstü və yeraltı sərvətimizi ələ keçirməyə çalışıb, yurdumuzu, xalqımızı əsarətə salmağa cəhd edib. Görünür, elə başımıza gətirilən müsibətlərin səbəbi də bundadır.

Xalqımız zaman-zaman çox şeyini - bütövlüyünü, müstəqil-liyini, milli adını, soy kökünü, əlifbasını, qeyrətli, ləyaqətli oğullarını itirib. Torpağımız hərrac bazarına qoyulub satılıb, iqtisadiyyatımız bərbad vəziyyətə salınıb, milli sərvətlərimiz talan edilib karvan-karvan daşınıb.

Heç bir ölkənin ərazisinin başına Azərbaycandakı qədər oyun gətirilməyib. 1828-ci ildə o, iki dövlət - Rusiya ilə İran arasında parçalandı. 1920-ci il təcavüzkar sovet bolşevik qoşunları tərəfindən həyata keçirilən 28 aprel işğalından bəri torpağımızın sahəsi 20 min kvadrat kilometrədən çox azalıb. İndinin özündə belə Azərbaycana qarşı ərazi iddiaları qurtarmaq bilmir.

Heç bir xalqın mənəviyyatına Azərbaycandakı kimi zərbə vurulmayıb. Yüzlərlə azad fikirli ziyalı qırmızı imperiyanın qurbanı olub. Yüz minlərlə insan evindən-eşiyindən didərgin salınıb. Neçə dəfə əlifbamız dəyişdirilib. Əski əlifbaynan yazılmış cild-cild qiymətli kitablar, nadir əlyazmaları məhv edilib, tarix tarixdən gizlədilib, neçə-neçə tarixi yer-yurd adları yad adlara dəyişdirilib. Xalqımızın milli-tarixi keçmişi ilə bağlı müqəddəs təsisatlar amansızcasına təqib olunub, bir çox dini ibadətgahlar dağıdılıb, məscidlər bağlanıb, dinimiz qadağan edilib, dindarlar, ruhanilər kütləvi şəkildə sürgünə sürülüb.

Vətənimizin, elimizin neçə ildən bəri çəkdiyi müsibəti yalnız 80-90 il bundan qabaq bədnam qonşularımız ermənilərin Naxçıvanda, Bakıda, Qubada, Şamaxıda, Qarabağda, Zəngəzurda, Sisyanda törətdikləri ilə müqayisə etmək olar. Ancaq çox təəssüf ki, biz ermənilərin həmin illərdə Azərbaycanımızın onlarca şəhər və kəndlərində törətdikləri o qanlı günləri tez unutduq. Axı, ermənilərin bu gün yurd-yuvalarından qovduqları qardaş-bacılarımızın ata-anaları 1918-ci ilin qanlı mart günlərində, 1919-cü ilin əvvəllərində də bax elə bugünkü bəlaya bərabər əzab-əziyyətə məruz qalmışdılar. Nə qədər kəndlərimiz dağıdılmışdı o vaxt, nə qədər adamlarımız-qocamız, cavanımız, uşağımız qırılmışdı onda.

Ta qədimdən yaxının-uzağın iddiasından olmazın zülmlər görmüş Azərbaycan xalqı dünyanın sərt sınaqlarına dözmüş, acılı-şirinli, dostlu-düşmənli, ağır və nisbətən yüngül illəri arxada qoyaraq, nəhayət uzun əsrlərdən bəri həsrətində olduğu amalına - dövlət müstəqilliyinə yetişdi (1918, 28 may).

Dünya tarixinin ən demokratik dövlət qurumlarından olan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, demokratik dəyişikliklər edilməsi, iqtisadi geriliyin aradan qaldırılması, ərazi bütövlüyünün qorunması, Azərbaycanın suverenliyinin təmin edilməsi üçün ölçüyəgəlməz tədbirlər həyata keçirdi. İctimai-siyasi həyat, mədəniyyət sahəsində bir sıra mütərəqqi işlər gördü, dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik nümayəndəliklər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamış, milli ordu təşkil etmiş, zabitlər hazırlayan hərbi məktəb yaratmış, inkişaf etmiş Avropa ölkələrinə ali təhsil almaq üçün yüzdən çox tələbə göndərilmiş, Bakı Universiteti təsis olunmuş, Gəncə şəhərinin adı bərpa edilmiş, ədəbiyyatda milli özünüdərk, vətənpərvərlik, milli qürur və iftixar hissi güclənmişdir. Bu müddətdə Azərbaycan xalqının milli mənlik şüurunun formalaşması ilə bağlı millətin öz soy-kökünə müraciəti gücləndi.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də beynəlxalq hüquq normalarını kobudcasına pozan Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində süquta uğradı. Ərazimiz təcavüzkar sovet-bolşevik qoşunları tərəfindən işğal olundu və Azərbaycanın müstəqilliyinə son qoyuldu.

Xalqımız ikicə il də olsa istiqlaliyyətin, azadlığın, bəxtəvərliyin dadını bildi. Məhəmmədəmin Rəsulzadə "Xalqa nə verdiniz?” sualına cavabında demişdi:

- "Çox şey verə bilmədik... Amma milli azadlığın nə oldu-ğunu başa saldıq. Azca da milli istiqlal dadızdırdıq”.

Müharibənin alovuyla ən yaxşı oğul və qızlarımız yanıb kül olub, arxada qalanlarımız da bir qarın ac, bir qarın tox dolanıb, ürəklərimizin istisini gəlinlərimizin barmaqlarındakı qızıl nişan üzüyü ilə birlikdə ümumi qələbəyə qurban vermişik.

"Yaman günün ömrü az olar” demişlər. 70 ildən sonra xalqımız müstəqilliyini bərpa etdi. Lakin ağır itkilər bahasına əldə edilmiş müstəqilliyi qazanmaq nə qədər çətin olmuşdusa, onu hər tərəfdən iştahla açılmış ağızlardan qorumaq daha çətin oldu. Bu gün doğma Azərbaycanımızın 20 faizdən çox ərazisi, başının tacı Şuşa, özləri qorxaq tula olsalar da, quyruq buladıqları qüdrətli havadarlarının silah verib üstümüzə qısqırtdıqları üzü dönük, məkrli ermənilərin murdar çəkmələrinin tapdağı altındadır. Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan azad olunmayınca xalqımızın qeyrətli, ər oğulları, mərd qızları rahatlıq tapa bilməz, başlarını dik tutub gəzə bilməzlər.

Ana adlandırdığımız Vətənin şərəfini, namusunu qoruyan neçə-neçə gül balalarımızın, şirinli-acılı həyatı yarıda qalmış bacı və qardaşlarımızın müsibətini beynimizdə dərk etsək də, ürəyimizi bu çəkilməz dərdə alışdıra bilmirik. Artıq neçə ildir ki, bu nakamları uğrunda al qanlarını tökdükləri müqəddəs Vətən torpağına tapşırmışıq. Lakin bununla belə xalqımız ruhdan düşmür, sabahkı gününə böyük ümidlə baxır. Çünki, xalq öz siyasətinin ana xəttini Azərbaycanın ucalığa doğru gedən dövlət müstəqilliyini qorumaqda görür, inanır ki, "dünya” belə qalmayacaq, haqq zəfər çalacaq, ədalət zəfər çalacaq, torpaqlarımız geri qaytarılacaq, qaçqınlarımız doğma obalarına dönəcək, güzəranımız düzələcəkdir.

Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş

 yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Mayasını müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu, milli tərəqqi, dünyəvilik və s. ümummilli, ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan dövlətinin daha da möhkəmləndirib inkişaf etməsində, respublikamızın sürətli iqtisadi tərəqqisi və yüksəlişində, xalqımızın sosial rifahının yaxşılardırılmasında, reqionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının hayata keçirilməsində Heydər Əliyev siyasətini layiqincə davam etdirir.

Novxanı. Azərbaycanımızın xəritəsində kiçik bir yaşayış məkanı. Balaca bir kəndin tarixını yazmaq bəzən böyük bir məmləkətin tarixini yazmaqdan çətin olur. 

Yuxarıda tariximizə etdiyimiz qısa ekskursda nəql etdiyimiz proseslər sözsüz ki balaca bir kəndin həyatından yan keçməyib. Əksinə, əsasən son 100-150 ildə novxanılılar da bu proseslərin önündə olublar. Dövlət quruculuğunda, respublikanın elm, ictimai-siyasi yüksəlişində, maarifin, mədəniyyətin, səhiyyənin inkişafında öz təsirli sözlərini deyiblər. Vətən uqrunda düşmənlə üz-üzə gəliblər, qurbanlar veriblər. Dinimizi, dilimizi, milli adət və ənənələrimizi nəsillər ücün qoruyub saxlayiblar. İqtisadiyyatımızı qurublar.

Vətənimizin hər bir yaşayış məskəni öz görkəmli şəxsiyyətləri ilə fəxr edə bilər. 

Təqdim etdiyimiz kitabda Novxanını, yaxud da novxanılıları heç də başqalarından fərqləndirmək fikrində deyilik. Məqsədimiz bu insanları heç olmasa kitabımızda əbədiləşdirməkdir. Onlar unudulmamalıdır. Adlarını nəsillərə çatdırmalıyıq. Gələcək nəsil öz soy köklərini, məşhur həmkəndlilərini tanımalıdır. Azərbaycanın, bəzən də dünya sivilizasiyasının inkişafında iz qoymuş babalarının, qohum-qonşusunun simasında gənclərin tərbiyəsi fikrimizcə daha məqsədyönlü olardı. Qoy cavanlarımız bilsin ki, mollanın oqlu dövlət başçısı, sadə bir kəndlinin övladı dini lider, Azərbaycanda müasir rəssamlıq sənətinin, poeziyanın, anatomiyanın banisi, Sovetlərİttifaqı kimi nəhəng, qüdrətli dövlətin rəhbərlərindən biri ola bilər. 65 il keçməsinə baxmayaraq igid özgə bir dövlətdə ehtiramla yad edilə bilər.   

Kiçik adlandırdığımız kənd əslində çox böyükdür. Onu böyük edən, ucaldan məhz bu kitabda adlarını çəkdiyimiz şəxsiyyətlərdir.

Ucalığa, yüksəlişə gedən yol çox ağırdır, eyni zamanda şərəflidir!

                                  Tofiq Babayev, tarix elmləri namizədi

                                Vaqif Ağayev, kitabın baş redaktoru  

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться