NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 00:26

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Kərbəlayi Əmirhəmzə Ümidəli oğlu | Регистрация | Вход

Kərbəlayi Əmirhəmzə Ümidəli oğlu

 

     Ötən əsrin 50-ci illərində yeniyetmə-cavan idim. Kəndimizin o vaxtkı nüfuzlu ağsaqqalları, onların davranışları, alicənablığı bu gün də gözlərim qarşısında cərəyan edir. Molla Hacı Nağı oğlu, Məmmədsəid Əbdülrəhim oğlu, Əmirəli Güləli oğlu, qonşularımız Əmirhəmzə Ümidəli oğlu, Möhüb Əliməmməd oğlu... sözünün yerini bilən, necə deyərlər, ağır oturub batman gələn bu kişilər kəndimizin fəxri-fəxarəti idilər. Əmirhəmzə kişinin səliqəli geyimi, maraqlı söhbətləri çoxlarını heyran edirdi. Ağsaqqalların toplaşdığı məclislərdə yeniyetmələrin iştirakı caiz sayılmadığı üçün biz onları bir qədər aralıdan seyr etməli olurduq. Yaxşı xatırlayıram: Əmirhəmzə kişi məclis keçirilən zala daxil olanda, onu hörmətlə baş tərəfə keçirərdilər.

     Nəvəsi Fəxrəddinin dediklərindən: Fəxr edirəm ki, elə nüfuzlu babam olub. O, 101 il ömür sürüb, yəni 1866-cı ildə Novxanıda dünyaya gəlib, 1967-ci ildə isə burada vəfat edib. Xeyirxahlığı və dindarlığı ona kəndimizdən kənarda, Bakı şəhərində və ətrafdakı yaşayış məntəqələrində də nüfuz qazandırıb. İslam dininin təbliği sahəsindəki xidmətləri ona baha oturub. Babam da 37-nin repressiyasına məruz qalıb, həbs edilib. Lakin əsaslı dəlillər olmadığından tezliklə azadlığa buraxılıb.

     Vəfatından onilliklər ötməsinə baxmayaraq bu gün də novxanılılar Əmirhəmzə kişini hörmətlə xatırlayırlar. O, şeirlər də yazıb.

Zahir edin şəriətin hökmünü,

Bir çox adam bilmir məzhəbi, dini.

Yığılsın məclisə hər cümə günü,

Öyrənsin molladan, heç utanmasın.

Hər kim ki, alimdir Əli həddinə,

Getməsin çox dərvişlərin ziddinə.

Fəda olum imam Həsən cəddinə.

Hüseyndən qeyriyə arxalanmasın.

Məzəmmət lazımdır danışsam hərzə.

Özüm nə mollayam, nə də ki mirzə.

Novxanı sakini, adım Əmirhəmzə.

Bir para mollalar lovğalanmasın.

 

Əlimədətoğlu

 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться