NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 00:03

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Kəndin memarlıq quruluşu | Регистрация | Вход

Kəndin memarlıq quruluşu

   

1851-ci ilin məlumatına görə Abşeronda 33528 nəfər adam yaşayırdı və onların hamısı tarixən mövcud olmuş 39 kənddə yerləşirdi ki, bu kəndlərdə 6031 məhəllədən ibarət idi. Bunlardan 24 kəndin 100-dən çox məhəlləsi vardı. Onlardan Əmircan, Balaxanı, Hökməli, Hövsan, Corat, Zirə, Qala, Qobu, Kürdəxanı, Məhəmmədi, Maştağa, Nardaran, Novxanı, Pirşağı, Pamana, Saray, Suraxanı, Türkan, Fatmayı kəndlərini göstərmək olar.

Novxanı Abşeron yarımadasının şimalında yerləşən və xarakterik relyefilə fərqlənən kəndlər qrupuna aiddir. Məhz bu relyef məhəllələrin yerləşməsində və planlaşdırma strukturunun formalaşmasında xususi rol oynamışdır. Məkanın şərqdən qərbə pilləvari yüksəh relyefi, təpəlikləri kənddə şəhərsalma sisteminin münasib təşkilinə şərait yaratmışdır. Novxanı kəndi nə gölün, nə də dənizin sahilində yerləşir. Xəzərdən uzaqdır. Abşeronun kəndlərində olduğu kimi su məkanı yerli landşaftın dəyişməsinə səbəb olmur. Kəndin fəal elementi onun relyefidir ki, ona da uyğun tikinti və planlaşdırma işləri aparılıb.

        Əvvəl kəndin ilk məhəllələri aşağı səviyyələrdə salınıb, Şah Soltan Hüseynin (XVII-XXVIII əsrlər) məscidi tikilib. Məscid kəndin mərkəzi hissəsinin əsası rolunu oynayıb. Sonradan nisbətən sakit relyefdə yeni məhəllələr tikiləndə torpaqları bölməyə və evləri yuxarı səviyyələrdə tikməyə başladılar. XIX-XX  əsrlərdə yaşayış məhəllələri aşağı və yuxarı terrasalarda yerləşirdi. Burada dini kompleks şəklində yeni inkişaf etmiş mərkəz ucaldıldı. Kəndin bu hissəsində 1865-ci ildə çox da böyük olmayan ikinci məscid tikildi. Bu da yaxın ərazilərin  istifadəsinin yeni planlaşdırılmasına səbəb oldu. Yeni məhəllələrin sayının artması ilə bağlı, 1875-ci ildə bu ərazi genişləndirilir.

        Nəhayət, 1904-08-ci illərdə yerli sakin Səfərəli köhnə məscidin yanında daha geniş, hündür və gümbəzi olan məscid ucaldır, sahənin böyük hissəsini daşla hasarlayır. Məscidin qərb tərəfində fasad boyunca mədrəsə tikib, həyəti abadlaşdırır, quyular qazdırır. Beləliklə, bu dini kompleks kəndin ictimai mərkəzinə çevrilir.

        Kəndin əsas kompozisiyasını ictimai binaların üçbucağı – Şah Soltan Hüseynin məscidi, hamam və Səfəralının məscidi təşkil edir. Bu obyektlər müxtəlif səviyyələrdə memarlıq-planlaşdırma funksiyalarını daşıyır və bütöv ansamblın əsas elementləri sayılır.

        Kəndin şimal-qərbində,  yüksəklikdə yerləşən qəbirstanlıq yaşayış sahələrinə yaxınlaşır ki, bu da ümumi şəhərsalma  sistemilə sıx bağlıdır. Bağların və bağ sahələrinin yaşıl örtüyü kəndin ayrılmaz hissəsinə çevrılıb. Evlərin daş tikililəri və darvazaları  kəndin planlaşdırılması və tikiliş sistemilə üzvi surətdə bağlıdır. Novxanı kəndi kompozisiya və yaşayış sahəsinin salınması ilə vahid tarixi-memarlıq irsi kimi qəbul edilir.



Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться