NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 12:44

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | XALÇAÇILIQ VƏ TOXUCULUQ. Duz istehsalı. | Регистрация | Вход

Məgələnin əvvəli  (bura basın)


XALÇAÇILIQ VƏ TOXUCULUQ

Novxanıda milli sərvətimiz olan xalçaçılıqla, güləbətinlə qədim tikmə sənətinin olduqca nadir və ənənəvi növlərinin öhdəsindən gələn xalq sənətkarları olmuşdur. Onların toxuduqları xalça məmulatı o qədər nəfis, o qədər gözəldir ki,
muzeylərin, şəxsi kolleksiyaların bəzəyinə çevrilmişdir.

Novxanıda yaz və payız yunundan müxtəlif məqsədlər üçün istifadə edirdilər. Xalq arasında "yapağı” adlanan yaz yunundan əsasən, yun parça, gəbə, xalça toxunar, yorğan və başqa şeylər hazırlanması üçün istifadə olunardı. "Güzəm” adlanan payız yunundan isə keçə döşək və müxtəlif ölçülü kiçik döşəkçələr hazırlanır. Quzu yunu əsas etibarı ilə yun parça toxunması və yorğan hazırlanması üçün işlədilərdi.

Toxuculuq Novxanı kəndinin qədim sənət nümunələ-rindəndir. Bu sənət nəsildən nəslə öyrədilib, bu gün də yaşamaqdadır.

Sovet hakimiyyəti qurulmamışdan qa-baq kənd qadınlarının toxuduqları xalçalar Almaniya, Fransa, Rusiya, İngiltərə, İtaliya kimi ölkələrə gedib çıxıb. 1924-cü ildən başlayaraq novxanılılar dövlət üçün xalçalar toxu-yublar.

Xalça toxuyan xanımla-rımızdan Balacaxanım adlı-sanlı xalçaçı olub. Tutu Əbdülrəhim qızı, Səkinə Ağayar qızı, Məsi Əhəd qızı, Bəyimxanım Ağarəhim qızı, Həmişəxanım Ağarəsul qızı, Mədinə (Abusət arvadı), Gülbacı Abuzər qızı, Mədinə Nəcəfqulu qizi, Əzizə və Tuğirə Balamirzə qızları, Ofelya Məmmədsəid qızı, Hüsniyyə Əlimədət qızı, Məsumə Heydər qızı, Xədicə Balaoğlan qızı, Həcər (Hacıbala arvadı), Ziba (Mehdi arvadı), Səkinə Tərqulu qızı, Gülnaz Cahanşah qızı və bir sıra başqalarının toxuduqları xalça və palazlar bu gün də göz oxşayır. Əbi ri, Köşəkayağı, Göllü, Buta, Namaz, Əqrəti... xalçaları Novxanımızı şöhrətləndirib.

     Bu gün də Novxanıda xalçaçılıq qayğı və məhəbbətlə qorunub saxlanılır. Kəndin adı ilə adlandırılan zərif naxışlı "Novxanı” xalçası toxunur. Görədil, Fatmayı kəndlərində də bu cür xalçalar toxunur. Bakı xalçaçılıq mərkəzinə daxil olan belə xalçalar toxucular arasında göllü (əsil bəzəyini göl təşkil edən xalçaya verilən ad) adlanır.


Novxanıda xana qurulan vaxt kimin ayağı sınaqlıdırsa o, birinci olaraq əlini hanaya vurur, ərişi dartır. Əriş ocağı sınaqlı, xeyirli ocaq hesab olunur. 

 Xalça-palaz kəsilən gün toy-bayram olur. Evlərdə qohum-qonşu toplanıb gözaydınlığı verirlər. Xalçanın saçaqlarını toxuya-toxuya kəsirlər.

Xalça və xalça məmulatı azərbay-canlıların məişətin-də, xeyrində, şərin-də çox işlədilir. Toy və bayram şənlik-lərində evi, otaq-ları, rəsmi qonaq-lar qəbul edilərkən meydanları xalça-palazlarla bəzə-yirlər. Qız-gəlinlərə ən yaxşı xalçala-rdan cehiz verirlər.

Keçmişdə olduğu kimi, indi də Novxanı kəndinin bəzi evlərində bədii tikmə sənəti ilə də məşğul olurlar. Qədim xalçaçılıq və tikmələr indi də davam etdirilir. Mirzəyeva Yaqut Məlikağa qızı, Gülsabah Həsən qızı, Solmaz Novruz qızı, Çərkəz Kərim qızı xalçaçılıq sənətini, qədim tikmələri isə Paşayeva Sevinc Fikrət qızı, Paşayeva Rəhimə İlham qızı, Quliyeva Zemfira, Süleymanova Şahzadə Süleyman qızı, Hüseynova Nazəndə Hüseynbala qızı, Ülviyyə və Zülfiyyə Mirzəyeva bacıları və başqaları yaşadırlar. Qız-gəlinlərimizin zərgər barmaqlarından çıxmış qədim tikmələr üst geyimlərinin, taxt örtüklərinin, yastıqların və mütəkkələrin bəzəyidir, pul kisəsi, daraq qabı, güzgü asmaları kimi diqqəti cəlb edir.

 



DUZ

İndi isə əsrlər boyu Abşeronun bir sıra kəndlərində, o cümlədən Novxanıda duz istehsalı ilə əlaqədar qısa bir məlumat verək.

Bir sıra orta əsr müəllifləri (Məsudi, Əbd ər-Rəşid əl-Bakuvi və b.) Bakının xarici ölkələrlə ticarətində, neft , ipək, boyaq kökü ilə yanaşı, duz ixracında da     böyük rol oynadığını qeyd etmişlər. Duz ölkənin bir çox bölgələri ilə yanaşı, Gürcüstana, İrana, Orta Asiyaya, Rusiyaya və Avropaya da göndərilirdi.

Yazılı ədəbiyyatda göstərilir ki, 1770-ci ildə duzun bir pudu 7,5 qəpiyə satılırdı. 1830-cu ildə ümumilikdə 6560 manatlıq Bakı duzu satılmışdı. Bir araba         duzun göldən çıxarılması üçün xanın xəzinəsinə 5 manat, at tayı üçün isə 1 manat 60 qəpik pul verilməliydi.


                                                                              Vaqif Ağayev

                 "Bərəkətli-çörəkli torpaq” yazıda tarix elmləri namizədlər

Tofiq Babayevin,Təvəkkül Şaqani-Səlimovun, İdris Əliyevin

                                      elmi məqalələrindən istifadə olunub.

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться