NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 20:22

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Şeyxülislam Əliağa Süleymanzadə | Регистрация | Вход

Şeyxülislam Əliağa Süleymanzadə

                                                                                   

Xalqımızın dərin hörmət və rəğbətini qazanmış, illahiyyat elminin mahir bilicisi - Şeyxülislam Axund Əliağa Hacı Süleyman oğlu Süleymanzadə 1885-ci ildə Novxanı kəndində dindar bir ailədə dünyaya göz açmışdır.

 İlk təhsilini mollaxanada alan Əliağa Qurani-Şərifi başa çıxmış, Sədi Şirazinin "Gülüstan” və "Bustan”ını əxz etmişdir. Əliağanın İslam dininə olan dərin marağını görən gələcək qohumu Axund Hacı Məhəmmədəmin onu öz doğma oğlu Ağaməmmədlə birlikdə Yaxın şərq ölkələrinə ali ruhanilik təhsili almaq üçün oxumağa göndərmək istəyir.  Əliağanın böyük qardaşı Ağaməhəmməd təhsil almaq xərclərini öz üzərinə götürür.

1902-ci ildə iki yoldaş əvvəlcə İranın Xorasan əyalətində bir müddət təhsil aldığdan sonra, onu İraqi-Ərəbin Nəcəfül-Əşrəf şəhərində davam etdirir. Mədineyi-Münəvvərdə imtahan verərək ali ruhanilik təhsillərini 12 il müddətində başa vurullar.

Vətənə qayıtmaq ərəfəsində, Əliağanın dostu Hacı Ağaməmməd ağır qızdırma xəstəliyinə məruz qalır. Ona olunan müalicələrin heç bir faydası olmur. Ölüm ayağında dostu Axund Əliağanı yanına çağırıb belə bir vəsiyyət edir: "Sən vətənə, Bakıya qayıtmalısan! Ağama mənim dilimdən bildirərsən ki, məni halal etsin, qoy o, evinin işığını səninlə işıqlandırsın. Ailədə bacılarımın yeganə qardaşıyam. Evimizdə subay, Ümmulbəni adlı bir sevimli bacım var. Qoy ağam onu sənə ərə versin!”

 13 illik ayrılıqdan sonra Axund Əliağa Bakıya qayıdır. Nə qədər ağır olsa da bu bəd xəbəri böyük çətinliklə Axund Hacı Məhəmmədəminə çatdırır. Bir xeyli vaxt mərhum dostunun etdiyi vəsiyyət atasından gizlin saxlanılır. Lakin Əliağa axundla vasitəçilik edən bir şəxs, həmin vəsiyyəti mərhumun atasına çatdırır. Heç bir tərəddüdə yol vermədən bu izdivaca tərəflər öz razılıqlarını bildirirlər.

Dini adət və ayinlərə dəqiqliklə əməl edən Axund Əliağa Bakının bir çox məscidlərində axundluq etmişdir. Onun moizələri bu gün də köhnə bakılıların yaddaşından silinməmişdirş.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra din xadimlərinin təqibindən Axund Əliağa da yaxa qurtara bilmədi. O, daim NKVD-nin nəzarəti altında idi. Onu dəfələrlə NKVD-yə dəvət edib Məvərayi-Qafkazın Şeyxülislam vəzifəsini təklif etmişdilər. Hər dəfə o, çox ustalıqla bundan imtina etmişdi. Axund Əliağa izahatında yazırdı ki, indi hökümət idarələrində qarovulçu vəzifəsində işləyirəm.

Şeyxülislam Şeyx Möhsün Həkimzadə 1966-cı ildə vəfat etdikdən sonra iki ilə qədər Şeyxülislamlıq vəzifəsi boş qalır. Bu vəzifəyə yegənə namizəd Axund Əliağa Süleymanzadə idi. 1968-ci ildə o, gizli səsvermə yolu ilə Zakafqaziya Müsəlmanları İdarəsinin sədri seçilir.                                                  


O, səkkiz ilə qədər həmin idarənin rəhbəri ikən xalqına sədaqətlə xidmət etmişdir. Nurani vücudlu Axund Əliağa gözəl ailə başçısı olmuşdur. O, beş övlad atası idi (1 oğlan, 4 qız).

1977-ci ildə Axund Əliağa dünyasın deyişmişdir. Adı hörmətlə çəkilən Şeyxülislamımızın xətirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Allah sənə rəhmət eləsin, Axund! Qəbrin nurla dolsun!

 

                                             Hafiz Sadıq. "İslam dünyası” qəzeti”, 15.06.1993-cü il

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться