NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 01:45

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Hacı Məhərrəm Camal oğlu | Регистрация | Вход

Bakuvi Məhərrəm Camal oğlu

 

1963-ci ildə Cəmbərəkəndin novxanılılar məhəlləsində anadan olub. 1978-ci ildə 9 saylı orta məktəbin rus bölməsini bitirib. 1979-1981-ci illərdə Ukraynada hərbi xidmətdə olub.

Hərbi xidmətdən sonra kiçik ticarətlə məşğul olub. Uşaqlıq illərindən Böyük Allaha məhəbbəti onu müqəddəs Qurani-Kərimi orijinalda, ərəb dilində oxumağa sövq edib. O, 1987-ci ildə Bakı məsçidlərinin birində mədrəsədə Mühəmməd Peyqəmbərin (s) dinini öyrənməyə başlayır. Bir müddət orada oxuyandan sonra fərdi qaydada, Azərbaycanın ən görkəmli din xadimlərindən dərs alır. Eyni zamanda Bakıda İslam İnstitutunda da təhsilini artırır. İmam Əlinin (ə): "Hər insanın qiyməti onun elminin dəyəri qədərdir”, - müdrik kəlamını rəhbər tutaraq daim öz biliyini artırmağa çalışır. Ali məktəbi bitirdikdən sonra da fiqh, üsul və fəlsəfə bəhslərini ali səviyyədə ən görkəmli alimlərin əsərlərini dərindən öyrənməklə, elmini təkmilləşdirir.

2003-ci ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Hacı Sultanəli məscidinə axund vəzifəsinə təyin olunur. Qısa müddətdə məsciddə namaz qılan dindarların ehtiramını qazanır. Yüzlərlə müsəlman cümə günlərində və başqa mərasimlərdə onun moizələrini böyük maraqla dinləyir. Hər bir dindar fərdi qaydada şəriətlə bağlı suallarına ondan dəyərlı cavablar alır.

Hacı Məhərrəm ruhaniliyin dəyərini cəmiyyətə elm öyrədib düz yol göstərməkdə görür və bunu özü üçün həyat prinsipinə çevirir.

Hacı Cavanşir Manafov

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться