NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 16:52

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Hacı oğlu Məşədi | Регистрация | Вход

Kimdir Hacıoğlu Məşədi?

 

Söhbət ötən əsrin əvvəllərində böyük şöhrət qazanmış Bakı qoçularından biri haqqında gedir                                                               

 

 

                                                                                

 

Hacıoğlu "pirlodka"sına (xüsusi qazalaq) minib köməkçisinə deyir:

- Sür bağa, uşaqlara baş çəkib qayıdacağıq şəhərə.

Novxanı kəndindən azca aralanmışdılar ki, qarşıdan bir atlının yaxınlaşdığını görürlər! Hacı Məşədi "pişto"sunu çıxarıb qoyur sağ əlinin altına. "Sarı bulaq" adlanan yerdə üzbəüz gəlirlər. Kəhər atın üstündəki 17-18 yaşlı oğlanın zəhmli baxışları, belindəki patrondaşı, çiynindəki tüfəngi ilk baxışdan diqqəti cəlb edir. Atlı oğlan gözucu "pirlodka"ya baxıb salam vermədən üzünü yana çevirib aralanmaq istəyir. Gəncin bu yekəxanalığından pəşimürdə olan Hacıoğlu köməkçisindən soruşur:

- Kimdir bu cavan?

- Qoçu Məmmədhüseynin bacısı oğlu!

Hacı Məşədi çevrilib gənci səsləyir:

- Ay oğlan, get, o dayın köpəkoğluna de ki, mənim yaxşı cəhətlərimdən də danışsın!

Qabağından yeməyən cavan əvvəl istəyir ki, tüfəngə əl atsın. Lakin qarşısındakının kim olduğunu dərhal yadına salıb özünü yığışdırır, heç nə demədən yoluna davam edir və birbaş qoçu Məmmədhüseynin yanına gedir. Əhvalatı olduğu kimi dayısına danışır. Kişinin əhvalı dəyişir, gözlərini bərəldərək bacısı oğluna elə bir sillə ilişdirir ki, cavan müvazinətini saxlaya bilməyib yerə sərilir. Gənc dediklərinə peşman olur, fikirləşir ki, yəqin Hacıoğlunun cavabını vermədiyi üçün dayısı qəzəblənib.

 Qoçu oğlanın qolundan tutub qaldırır və həyəcanla deyir:

- Sən başından böyük qələt eləmisən. Doğrudur, Hacıoğlu ilə düşmənçiliyim var. Lakin bu mənlik və onluqdur, sənə dəxli yoxdur. Hacı Məşədi nəinki kəndimizin fəxridir, hətta Azərbaycanın bir çox bölgəsində də hörmət sahibidir. Elin-obanın təəssübünü çəkən qoçaq bir kişidir. Gərək onu görəndə təzim edib salam verəydin, ehtiram göstərəydin...

***

Bəli, belə kişilər olub dünyada, ürəyi geniş, cılız duyğulardan uzaq. öz hünərləri ilə öyünməyi nəinki caiz saymayıblar, hətta rəqiblərini layiqincə qiymətləndirərək onların barəsində artıq-əskik danışmayıblar. çox təəssüf ki, bizim zəmanəmizdə belə kişiləri barmaqla saymaq olar.

 Novxanı ağsaqqallarından, həmin günlərin şahidlərindən eşitdiklərimi oxuculara da çatdırmaq istəyirəm.

***

İki il dalbadal quraqlıq, qıtlıq olduğundan kənddə vəziyyət ağır idi, kəndlilər hökumətə vergini ödəyə bilmirdilər. Bir gün pristavın köməkçisi kəndə gəlir, bir neçə imkanlı şəxsin mal-qarasını müsadirə edir, bir kasıb kişinin yeganə inəyini də açdırıb aparmaq istəyir. Ehtiyacdan beli bükülmüş kəndli nə qədər yalvarırsa, hökumət rəsmisi ona məhəl qoymur. Məsələdən xəbər tutan Hacıoğlu özünü yetirib yüzbaşıya təpinir:

- Qaytar qocanın inəyini tövləsinə. Və heç kəsin mal-qarasına toxunmayın. Məgər Allahdan qorxmursunuz, insanları çörəkdən məhrum edirsiniz? Kəndin nə qədər borcu varsa, mən ödəyəcəyəm və bundan sonra buraya gəlməyin...

 Hacı Məşədi təkcə Novxanıda deyil, başqa kəndlərdə də dəfələrlə belə səxavət nümayiş etdirib. Şahidlər dınışırlar ki, 1905 ildə ermənilər Bakıda qırğınlar törədərkən Hacıoğlu digər tay-tuşları ilə birlikdə qoçu silahını milli düşmənlərə tuşlayıb, gavur gülləsindən qorxub-çəkinmədən. çörəyi dizi üstə olan caniləri qanlarına qəltan edib.

Hazırda Novxanıda yaşayan kənd ağsaqqallarından biri, şəcərələri yaxşı tanıyan, siyasətlə yaxından maraqlanan Zərbəli Əmirəli oğlu da bu mərd insan haqqında bir epizod söylədi:

- Bir gün şəhərdən qayıdan Hacıoğlu yolda düşmənlərindin biri ilə rastlaşır, tapançanı çıxarıb onu qətlə yetirmək istəyir. Həmin kişinin qorxudan rəng verib-rəng aldığını və zövcəsinin də yanında olduğunu görən Hacı Məşədi silahı dərhal gizlədib heç nə demədən atını sürüb uzaqlaşır. Mərd igid başqa cür hərəkət edə bilməzdi ki!

Cəsur və mərhəmətli həmyerlimi görmək mənə qismət olmayıb. Lakin yaxın qohumlarını tanıyırdım. Onlar da öz sələfləri kimi mərd idilər. Qohum-qonşunun hər işinə yarayırdılar. Onlradan biri-rəhmətlik Məlik kişi vaxtilə bağ evimin pəncərələrini şüşələyib.

 M.S.Ordubadinin "Gizli Bakı" romanında da Hacıoğlu Məşədinin adı çəkilir.

Allah rəhmət eləsin, ağsaqqal-ağbirçək novxanılılar öz həmyerlilərini bu gün də hörmətlə yad edir, onun mərdanəliyi və alicənablığı haqqında tez-tez övladlarına danışırlar. Hacı Məşədinin əməlləri mənim üçün də ibrətli nümunədir.

 

P.S. Hörmətli oxucular, Hacıoğlunun erməni canilərlə çarpışmalarda göstərdiyi igidliklər və onun həyatının son illəri mənə bəlli deyil. Bu barədə məlumatı olanlardan xahiş edirik ki, redaksiyaya zəng vursunlar.

 

Əliabbas Əlimədətoğlu, əməkdar journalist


Atlar yiyəsinə qaytarılır

Kəndin aşaqı məhəlləsinin qoçusu olan Kərbəlayi Hüseyn Hacı Atakişi oğlu Hacı oğlu Məşədi ilə düşmən idi. Hacı oğlunun atları oğurlanır. Onların tapılması üçün görülən tədbirlər bir nəticə vermir.

Sən demə, atların axtarışı üçün Kərbəlayı Hüseyn də öz kanallarından istifadə edir və ona məlumat çatır ki, heyvanları Rusiyadan gələn oğrular aparıblar. Kərbəlayi Rusiyada nüfuz sahibi olan dostlarına müraciət edir, atlar yiyəsinə qaytarılır.

Kərbəlayi hesab edir ki, həmkəndlisinə kənar yerdən heç kimin ziyan verməyə ixtiyarı yoxdur.

Vaqif Ağayev


Qoçu həmrəyliyi

Şəhərin bir məhəlləsinin qoçusu Dəvəçidə digər qoçu ilə düşmənçilik edirmiş. Bir gün qonşusu gəlib ona deyir ki, sənin düşməninin qızını mənim oğlum istəyir. İndi biz nə edək? Qoçu çox fikirləşir, məsləhətləşir, gəlir Hacı oğlu Məşədinin yanına, əhvalatı danışır.

- Qızın hərisini verdim, - deyə Hacı oğlu qətiyyətlə bildirir. - Sabah gəl, gedək elçiliyə.

Səhər Dəvəçiyə yola düşürlər. Xəbər yayılır ki, Hacı oğlu filankəsin düşməni ilə, özü də çalan-oxuyanla Dəvəçiyə tərəf gəlir. Həmin qoçu tez toğlu kəsdirir, süfrə açdırır, evləri sahmana salıb qonaqların qabağına çıxır. Hamı evə dəvət olunur. Ev sahibi Hacı oğlu Məşədidən soruşur:

- Qonağın nə üçün gəlməsini soruşmazlar, ancaq düşmənimlə, həm də çal-çağırla gəlməyin mənə qəribə gəldi.

Hacı oğlu deyir:

- Qızının hərisini vermişəm düşməninin məhəlləsində yaşayan qonşusunun oğluna.

Dəvəçili:

- Allah xeyir versin, adam xeyir işə heç vaxt zərər vurmaz. Sən vermisənsə, elə sözün sözdür. Xoş gəlib səfa gətirmisiz.

Qonaqlar yola düşəndə ev sahibi Hacı oğlu Məşədiyə deyir:

- Qədeş, sənin gördüyün iş xoşuma gəldi, ancaq gətirdiyin adamla düşmənçiliyimiz qalır düşmənçiliyində, sözüm sözdür.

Lalə Abuzərova

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться