NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 03:46

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Bətiyar Məmmədzadə | Регистрация | Вход

Məmmədzadə Bəxtiyar Məmməd oğlu

GÖRÜNDÜYÜNDƏN   BÖYÜK  İNSAN

     Dərin biliyi, intellektual düşüncəsi, əhatəli nitqi, bütün insani dəyərləri özündə ehtiva edən şəxsiyyəti, eyni zamanda heç kəsə bənzəməyən davranışı, rəftarı ilə seçilən  Bəxtiyar müəllim haqqında keçmiş zamanda danışmaq nə qədər ağırdır.

            Yaxşı müəllim olmaqdan əvvəl yaxşı insan olmaq lazımdır. Atası vaxtıilə müxtəlif bölgələrdə raykom katibi vəzifəsində çalışıb. Amma o, bir dəfə də olsun öz keçmişi ilə fəxr etməyib. Cünki buna ehtiyacı olmayıb. Hər məqaləsi başqa alimlərin bir kitabına bərabər, bəzən isə hətta onu  ötüb keçən bir alimin bu zamana kimi sadəcə elimlər namizədi olması, doktorluq dissertasiyasının otuz il bundan əvvəl hazır olsa da, müdafiəyə can atmaması, ancaq və ancaq təmiz alim vicdanıyla, həqiqi müəllim düşüncəsiylə, səmimi insan ürəyiylə baş-başa qalıb şərəfli bir ömür yaşaması zəmanəmiz üçün bəlkə də möcüzədir. Bu ğün Bəxtiyar müəllimin yas mərasimində onun bütün müəllimlərdən fərqli, bütün alimlərdən fərqli bir ömür yaşaması faktı dilə gətirilir.

              Filologiya elimləri doktoru Azad Musayevin görkəmli türkoloq, filologiya elimləri doktoru, professor Samət Əlizadə haqqında dediyi bir fikiri xatırlayıram:”Samət müəllim klassik müəllim xüsusiyyətlərini özündə qoruyub saxlayan yeganə alimdir”. Mən bunu Bəxtiyar müəllimə də şamil edirəm. Qoy müəllimlərim məndən inciməsinlər, tanıdığım müəllimlər içərisində Bəxtiyar Məmmədzadədən savadlı, məsuliyyətli, səmimi ikinci bir müəllim tanımıram. Bir dəfə Pedaqoji  Universitetin professoru Xeyrulla Məmmədovla söhbətimizdə söz müəllimlərdən düşdü. Dedim ki, ən çox sevdiyim müəllimlər Samət Əlizadə və Bəxtiyar Məmmədzadədir. Xeyrulla müəllim gülə-gülə qayıtdı ki, ”Bakı Dövlət Universitetində iki nəfər ciddi alim var, sən də onları seçmisən”.

     O, sadəcə "Bəxtiyar müəllim” idi .Bu Bəxtiyar müəlimin içində elə bir aləm var idi ki, onu görənlər bəxtiyardır. Mən ona ilk kitabımı verəndə belə bir avtoqraf yazmışdım:”Bəxtiyar tələbələrin bəxtinə düşən Bəxtiyar müəllimə”. O vaxtdan on altı il keçib. Hər dəfə Bəxtiyar müəllimə kitab verəndə nəsə yeni bir söz yazmaq istəyirdim, amma hər dəfə qələmimə eyni sözlər gəlib: ”Ən sevimli müəllimim Bəxtiyar Məmmədzadəyə”. Bəzən söz düşəndə müəllimlərim içərisində qibtə ilə, hətta paxıllıqla gileylənənlər də olurdu. Amma onları qınamıram, axı, Bəxtiyar müəllimin içindəki aləmi ğörmək üçün adi göz kifayət deildi...

Nəslən novxanılı olan Bəxtiyar Məmmədzadə 1947-ci il fevralin 10-da doğulub. 1964-cü ildə Bakıdakı 172 saylı orta məktəbi qızıl medalla, 1969-cu ildə Azərbaycan Dövlət Universtetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1969-72-ci illərdə Biləsuvar rayonunun Xırmandalı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. 1972-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının  müəllimi idi, 1985-ci ildən dosent vəzifəsində çalışırdı. Eyni zamanda Asiya Universitetində şərqşünaslıq və filologiya fakültəsinin dekanı idi.

         O, 1979-cu ildə "Nəcəf bəy Vəzirovun komediyalarında sənətkarlıq” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Hələ o zaman Abbas Zamanov bu işin doktorluq dıssertasiyası səviyyəsində olduğunu qeyd edib.

      Bəxtiyar Məmmədzadə yüzdən artıq elmi məqalənin müəllifidir. Amma istəsəydi bu sayı beş dəfə artıq edə bilərdi. Bəxtiyar müəllimin cəmi üç kitabı var, amma istəsəydi , otuz kitab müəllifi ola bilərdi.

 Onun ”Seyid Əzim Şirvani anadilli poeziyasında bədii dil (poetik sintaksis)” kitabı görkəmli şairin yaradıcılığı üzərində apardığı gözəl, dərin tədqiqat işidir. Bu, yəqin ki, Bəxtiyar müəllimin doktorluq  dissertasiyasının bir hissəsidir. Bədii dilin müəyyənləşməsində bədii semantika ilə bədii  sintaksisin vəhdətini zəruri amil hesab edən, poetik sintaksisin işığında məcazəli sistemin daha dərindən aydınlaşa bildiyini əsas ğötürən müəllif Seyid Əzim poeziyasında istifadə olunan poetik fiqurları önə cəkir, onların özünəməxsus funksiyasını, xüsusiyyətlərini və potensial imkanlarını açıb göstərir. Burada bədii təyin, ellipsis inversiya , təkrir, təzad, bədii sual, nida, xitab haqqında məlumat verən müəllif bu vasitələrin Seyid Əzim poeziyasında yaratdığı poetik zənginliyi şairin əsərlərindən götürdüyü əyani misallarla bizə çatdırır. Kitabda  təkrir daha cox yer almışdır. Səs təkriri, söz təkriri, rəddül-əcüz, anafora, enafora kimi təkrir növlərinin geniş işləndiyi və onların şeirə gətirdiyi rəngarəngliyi diqqətə catdıran alim, bütün vasitələrin əsərlərin bədiilik səviyyəsini təyin edən amillər, əsəri tanıdan cəhətlər sistemi kimi gərəklirolunu qeyd edir. Bütün bu bədii vasitələri Seyid Əzim yaradıcılığında axtarıb tapan,onların dəyərini açıqlayan tədqiqatcı həcmcə kicik olan bu kitabda olduqca böyük tədqiqat işi aparmışdır. Əsər klassik şeirlə məşqul olan tədqiqatçılar, alimlər, tələbələr, habelə klassik üslubda yazan şairlər ücün gərəkli, qiymətli vəsaitdir.

         Bəxtiyar Məmmədzadənin ”Seyid Əzim Şirvani anadilli poeziyamızda vəzn”adlı kitabı daha çətin, daha gərgin illərin məhsuludur. Müəllif burada şairin 1172 əsərini tədqiqata cəlb edərək gərgin təhlil aparmış, şairin müraciət etdiyi 14 janrdan  bəhrlər və janrlara görə kəmiyyət göstəricilərini konkret cədvəllər şəkilində vermişdir. Burada, eyni zamanda, bəhrlərin növləri və variantları üzrə tədqiqat aparılıb, şairin əsərlərindən gətirilən misallar aydın şəkildə oxuculara çatdırılıb. Müəllif həm də hər janr üzrə hansı bəhrin daha aktiv və ya daha passiv işləməsini də diqqət mərkəzində saxlamış, hətta əsərlərin növlərinə görə də təhlil aparmışdır. Mənə elə gəlir ki, B. Məmmədzadənin elə bu əsəri onun bənzərsiz alim kimi tanınması üçün kifayət edir. Bu əsər bütünlükdə Azərbaycan divan ədəbiyyatını öyrənmək istəyənlərə, filoloq olmaq istəyən tələbələrə, müəllimlərə böyük hədiyyədir.

        İstedadlı tədqiqatçının ”Feyzulla Qasımzadə. Ömrün yüz ili” kitabı f.e.d. professor Şamil Salmanovun redaktorluğu ilə çap olunub. Görkəmli alimin 100 illik yubileyinə həsr olunan  bu əsərdə filologiyamızda özünəməxsus yer tutan, yüzdən artıq kitabın, yüzlərlə məqalənin müəllifi olan akademik Feyzulla Qasımzadənin dəyərli, zəngin ömrünə nəzər salınmış, bu ömrün nələrə sərf edildiyini, bir alim ömrünün nələri yaratmağa və yaşatmağa qadir olduğu açıqlanmışdır. Akademikin mənalı ömür yolunu izləyən B.Məmmədzadə onun həyatı, yaradıcılığı və şəxsiyyəti haqqında danışarkən müxtəlif mənbələrə  müraciət etmiş, alimin portiretini olduğu kimi yaratmağa calışmışdır.

        Bəxtiyar Məmmədzadənin bu kitabları, habelə müxtəlif məqalələri haqqında cox danışmaq, hətta elə onun özu barədə belə kitab yazmaq olar. Çünki Bəxtiyar müəllim mənalı, təmiz bir ömür yaşamış, olduqca dəyərli elmi irs qoyub getmişdir.

     Bəxtiyar müəllimə Allahdan rəhmət diləyirik.

 

Sona Xəyal

     "Aydın fikir” qəzeti. 06-12.03.10.

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться