NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 23:18

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Ağarəhim Əliyev | Регистрация | Вход

Əliyev Ağarəhim Cəbrayıl oğlu

 

 

Novxanılıların fəxr etdikləri Ağarəhim Əliyev Bakı şəhərində anadan olmuşdur. Yaşlı həmyerliləri onu "Azərbaycan” mehmanxanasının rəhbəri kimi daha çox hallandırırlar.

1947-ci ildə Azərbaycan Dövlət Dram teatrında dekorator vəzifəsində çalışaraq, eyni zamanda Ə.Əzimzadə adına İncəsənət peşə məktəbinə daxil olmuşdur. 1973-cü ildə Azərbaycan Xalq Təsərüffatı institututnu iqtisadçı ixtisası ilə bitirmişdir. 
           1988-ci ilə qədər Azərbaycan Respublikasının xalq təssərüfatının müxtəlif sahələrində çalışmışdır. A.C.Əiiyev özünün sənət fəaliyyətini yaradıcı fəaliyyəti ilə də uzlaşdırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Elmi Tədqiqat İnstitutunun bərpaçılıq emalatxanasında baş rəssam-bərpaçı işləyərək, eyni zamanda Azərbaycan Respublikası Dövlət Televiziya və Radio verlişləri  Komitəsində

quruluşçu hissənin rəhbəri olmuşdur.

1988-ci ildən "İnturist” Ümumittifaq Səhmdar Cəmiyyəti sədrinin birinci muavini vəzifəsində çalışmışdır. 15 ildən artıq Baki şəhərinın ən böyuk İnturist – "Azərbaycan” mehmanxanasının baş direktoru olmuşdur.         

A.Əiiyev Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü kimi Azərbaycan Dram, Rus və Opera teatrlarında bir sıra səhnələrin bədii guruluşu ilə məşğul olub, 18 bədii və sənədli filmin quruluşçu rəssamıdır.  
           1998-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Səttar Bəhlulzadə adına rəsm qalereyasında onun bədii rəsm əsərlərinin şəxsi sərgisi keçirmişdir.

2002-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr, dekorativ incəsənət” fakültəsinin dosenti elmi dərəcəsində dərs deyib. Mədəniyyət sahəsində məhsuldar yaradıcı fəaliyyətinə gorə A.C.Əiiyev, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülmüşdür.

2007-ci ildə Azərbaycanın yüksək səviyyəli otellərinin ümumi təsis yığıncağında Azərbaycan Otel Komleksləri Assosiasiyasının Prezidenti seçilmişdir.

Şöhrətli eloğlumuz 78 yaşında dünyasını dəyişdi. Dəfn mərasimində minlərlə insan, o cümlədən respublikanın yüksək vəzifəli məmurları iştirak edirdi. "Təzəpir” məsçidində onun şərəfinə təşkil edilmiş ehsan məclisinə gələnlərin sayı-hesabı yox idi. Hər insana belə hörmət qazanmaq nəsib olmur.

Əliabbas Əlimədətoğlu

 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться