Əliyev
Ağarəhim Cəbrayıl oğlu
Novxanılıların fəxr etdikləri Ağarəhim Əliyev Bakı şəhərində anadan
olmuşdur. Yaşlı həmyerliləri onu "Azərbaycan” mehmanxanasının rəhbəri kimi daha
çox hallandırırlar.
1947-ci ildə
Azərbaycan Dövlət Dram teatrında dekorator vəzifəsində çalışaraq, eyni zamanda
Ə.Əzimzadə adına İncəsənət peşə məktəbinə daxil olmuşdur. 1973-cü ildə
Azərbaycan Xalq Təsərüffatı institututnu iqtisadçı ixtisası ilə
bitirmişdir.
1988-ci ilə qədər Azərbaycan
Respublikasının xalq təssərüfatının müxtəlif sahələrində
çalışmışdır. A.C.Əiiyev özünün sənət fəaliyyətini yaradıcı fəaliyyəti ilə
də uzlaşdırmışdır. Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında Elmi Tədqiqat İnstitutunun bərpaçılıq emalatxanasında
baş rəssam-bərpaçı işləyərək, eyni zamanda Azərbaycan Respublikası Dövlət
Televiziya və Radio verlişləri Komitəsində
quruluşçu hissənin
rəhbəri olmuşdur.
1988-ci ildən "İnturist” Ümumittifaq
Səhmdar Cəmiyyəti sədrinin birinci muavini vəzifəsində çalışmışdır. 15
ildən artıq Baki şəhərinın ən böyuk İnturist – "Azərbaycan”
mehmanxanasının baş direktoru olmuşdur.
A.Əiiyev Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü kimi Azərbaycan
Dram, Rus və Opera teatrlarında bir sıra səhnələrin bədii guruluşu ilə məşğul
olub, 18 bədii və sənədli filmin quruluşçu rəssamıdır.
1998-ci ildə Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi Səttar Bəhlulzadə adına rəsm qalereyasında
onun bədii rəsm əsərlərinin şəxsi sərgisi keçirmişdir.
2002-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin "Teatr, dekorativ incəsənət” fakültəsinin dosenti elmi
dərəcəsində dərs deyib. Mədəniyyət sahəsində məhsuldar yaradıcı fəaliyyətinə
gorə A.C.Əiiyev, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikası
Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülmüşdür.
2007-ci ildə Azərbaycanın yüksək səviyyəli otellərinin ümumi təsis
yığıncağında Azərbaycan Otel Komleksləri Assosiasiyasının Prezidenti
seçilmişdir.
Şöhrətli eloğlumuz 78 yaşında dünyasını dəyişdi. Dəfn mərasimində minlərlə
insan, o cümlədən respublikanın yüksək vəzifəli məmurları iştirak edirdi.
"Təzəpir” məsçidində onun şərəfinə təşkil edilmiş ehsan məclisinə gələnlərin
sayı-hesabı yox idi. Hər insana belə hörmət qazanmaq nəsib olmur.
Əliabbas Əlimədətoğlu