Vəliyev Cəfər Cəbrayıl oğlu
Cəfər
Vəliyev 1930-cu il noyabrın 12-də
Bakı şəhərində anadan olub. 1938-1948-ci illərdə Bakıdakı 175 saylı orta
məktəbdə oxuyub. Hələ orta məktəbdə oxuyarkən hüquqşünas olmaq arzulayırdı.
Onun bu istəyi atası Cəbrayıl kişinin və anası Qızana xanımın da ürəyincə idi.
Ona görə də orta məktəbi bitirən kimi sənədlərini Bakı Dövlət Universitetinin
hüquq fakultəsinə verdi və qəbul imtahanlarından müvəffə-qiyyətlə keçib əyani
şöbəyə daxil oldu.
1978-ci
ildə ona daxili işlər naziri vəzifəsi təklif olunur. Bu təklifdən boyun
qaçırmaq cəhdinin qarşısını Heydər Əliyevin "Səndən başqa namizədim yoxdur”,-
sözləri alır. Vəzifəyə təyin olunan gündən Daxili İşlər Nazirliyinə yeni
ab-hava gətirilmiş, əməkdaşların məsuliyyət hissi artırılmışdı. Bu vəzifədə o,
1987-ci ilə kimi işləyir. Ona general-mayor rütbəsi verilib, üç dəfə Qırmızı
Əmək Bayrağı, "Qırmızı Ulduz” ordenləri, eyni zamanda Kuba, Polşa, Almaniya, Çexoslovakiya
dövlətlərinin orden və medalları ilə təltif olunub. Fəallarının
yığıncağında çıxış edərək deyir ki, respublikada rüşvətxorluq baş alıb gedir.
H.Əliyev və onun kadrları pis işləyirlər. Məhz azərbaycanlılar arasında
rüşvətxorluq pərvazlanıb. Nazir replika verir: «...vaxtilə Lenin deyib ki,
rüşvətxorluq rus təzahürüdür».
1-ci kursu bitirəndən sonra
təhsilini Leninqrad Dövlət Universitetində davam etdirib. 1953-cü ilin yayında Cəfər Vəliyev
dövlət imtahanlarını əla qiymətlərlə verib diplom işini müdafiə edir. O
vaxtlar, istər rus, istər qeyri-rus olan müəllimləri etiraf etdilər ki, Cəfərin
diplom işi elmi iş səviyyəsindədir. Ona aspirant kimi universitetdə qalmağı da
təklif etdilər. Ancaq Cəfəri Xəzərin mirvari sahilləri və doğmaları gözləyirdi.
Təyinatı Azərbaycan SSR
Nazirlər Sovetinə verildi. Mədə-niyyət şöbəsində məsləhətçi, daha sonra
Nazirlər Soveti sədr müavininin köməkçisi, sovet orqanları şöbəsinin müdir
müavini vəzifələrində işləyib.
1959-cu ildə 29 yaşlı
C.Vəliyevi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inzibati orqanlar
şöbəsinin müdir müavini, 1962-ci ildə respublika prokurorunun müavini təyin
edirlər.
O vaxtkı Mərkəzi Komitənin
birinci katibi Heydər Əliyevin təklifi ilə o, 1971-ci ildə MK-nın inzibati
orqanlar şöbəsinə rəhbərlik edib. Yeni vəzifənin səlahiyyətləri və məsuliyyəti
daha böyük idi. Cəfər Vəliyev respublikada bütün hüquq-mühafizə orqanlarının
işinə nəzarət edirdi.
DİN sistemində işləmək
çətin idi. Çünki kadr siyasətini SSRİ DİN rəhbərləri həyata keçirirdilər.
Respublikadan tələb olunurdu ki, nazirliklərə milliyyətcə rus olan kadrlar
rəhbərlik etsinlər. Bu tərəfdən də rəhbər vəzifə tutan ermənilər işə pəl
vururdular. Məlum olmuşdu ki, Dağlıq Qarabağ Muxtar Vilayəti partiya
təşkilatının başçısı Kevorkov milis orqanlarında işə Ermənistandan kadrlar
dəvət edir. Daxili işlər naziri öz əmri ilə bu özbaşinalığa son qoyur.
Heydər Əliyev Sov.İKP MK
Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olandan
sonra Azərbaycan KP MK-nın ikinci katibi Konovalov (Cəfər Vəliyevin təbirincə
desək, kəmsavad və mədəniyyətsiz) hər işə burnunu soxur və çalışırdı ki,
nazirlik və komitə rəhbərlərinin müavinləri rus olsun. Bir dəfə o, Daxili İşlər
Nazirliyi partiya
Təbiidir ki, özünü təhqir
olunmuş hesab edən Konovalov toplantını yarımçıq tərk edir. Novxanılı ötkəmliyi
C.Vəliyevə baha başa gəlir, az sonra yoxlamalar başlanır. Belə bir vəziyyətdə
nazir işləyə bilməzdi. Odur ki, Azərbaycan KP MK-nın o vaxtkı birinci katibi K.
Bağırova istefa ərizəsi yazır. Cəfər Vəliyev şərəfini nazir vəzifəsindən üstün
tutur.
1987-92-ci illərdə
C.Vəliyev respublika Nazirlər Kabineti yanında Xalq Təsərrüfatını İdarəetmə
İnstitutunda hüquq kafedrasının müdiri işləyib. Bu müddətdə o, professor kimi
yüksək elmi ad aldı, respublikanın "əməkdar hüquqşünası” fəxri adına layiq
görüldü.
1992-ci ildə onu qəflətən Azərbaycan
Respublikası Ali Sovetinin iclasına dəvət edib Mərkəzi Seçki Komissiyasının
sədri vəzifəsini təklif edirlər. Müxtəlif siyasi partiyalardan olan deputatlar
səs çoxluğu ilə onu bu vəzifəyə təyin edirlər. Bu vəzifədə onun rəhbərliyi
altında 3 prezident seçkisi keçirilib, müstəqil dövlətimizin yeni
Konstitusiyası təsdiq edilib.
2000-ci ildə Cəfər Vəliyev
Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifəsinə təyin olunur.
Hazırda təqaüddədir.
2006-cı ildə Cəfər Cəbrayıl
oğlu Vəliyev dövlətimizin ən yüksək mükafatı –«İstiqlal» ordeni ilə təltif olunub.
Dəfələrlə Azərbaycan SSR
Ali Sovetinin deputatı seçilib.
3 qızı, 5 nəvəsi var.
Vaqif Ağayev