NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 21.11.2024, 16:41

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Hacı Cəbrayıl Mikayılov | Регистрация | Вход

Eşq imanına bürünmüş kişi

 

Ah ilə göz yaşı,
Dərvişin yoldaşı,
Bu cənnətlik aşı
Yeməyə kim gələr!?
(Yunis İmrə)

Yer üzündə bir Cəbrayıl var idi, hələ göy üzünə qalxmamışdı. Hələ ata-ana sevgisilə yaşayırdı, hələ özü sevməmişdi. Ruhunun istəyi cisminin istəyindən öndə olan, amma bundan xəbərsiz qalan uşaq idi. Fəhmən olmasa da, şüurən bu belə idi. Zaman gərəkirdi, zaman, həmin zamansa asta-asta gəlirdi. Özü də onu Cəbrayıllığa hazırlaya-hazırlaya gəlirdi bu zaman. Yox, bu Cəbaryıl peyğəmbərlərə vəhy gətirən Cəbrayıl olmayacaqdı, amma aşiqi olduğunun eşq odunu ürəklərə salmaq üçün gələn Cəbrayıl olacaqdı. Bu Cəbrayıl göy üzündən enməyəcəkdi, öz içimizdən çıxacaqdı, xəbərimiz olmadan. Bu hər gün gördüyümüz, söhbət etdiyimiz, amma xəbərimiz olmayan Cəbrayıl olacaqdı. Hələ aşiqliyə hazırlaşırdı, sinəaltı dolur və genişlənirdi. Hələ şəriət yol gəlirdi, hələ təriqət aranırdı, mərifət isə kənardan gülürdü, özü də Cəbrayıla baxıb gülürdü. Aşiq bəlli idi, məşuq bəlli idi aşiqdən xəbərsiz, hələ aşiq gəlməmiş məşuq aləmə səs salmışdı. "Ya Hüseyn, de sən kimi kim cani başindən keçər" harayı aləmi başına götrümüşdü. Hələ bu eşq söz idi, səs idi, amma can yanğısı deyildi, hələ Cəbrayıl minbərdən bütün ruhunun odu olan "atam-anam sənə fəda olsun, ya Hüseyn" nidasını çəkməmişdi. Hələ yol gəlirdi, bu eşqin intəhasızlığına hazırlamaq üçün ustdaları dəsr keçirdi. Bizlər də, Hacı Cəbrayıl da bilməsə, bu ustadlar gözəl bilirdi ki, söz, bəlağət aşiqlik üçün yetərli olmayacaq, bu eşqi ifadə etməkdə aciz qalacaq və o zaman aşiqin yeganə ümid yeri olan avaz ucalacaqdı. Ustadlar bunu bilirdi. Bu eşqin aşiqliyinə hazırlayırdılar Cəbrayılı və ya Hacı Cəbrayıl özü demişkən "aşiq aşiqin cövhəri" olacaqdı. Hələ...
Göydəki Cəbrayıldan 1400 ildir ki, xəbər yoxdur, vəhy kəsilib, vəhy mələyi gəlmir, bir Qədr gecəsində yer üzünə enir. Amma yer üzündə bir ilham sahibi Cəbrayıl yüksəlirdi, özü də yenə hamımızdan xəbərsiz, Həqq ilə öz arasında yüksəlirdi və Həqq üçün yüksəlirdi. Bir aşiq olaraq, bir çakər olaraq, diyari-eşqin astanasında xüddam olaraq yüksəlirdi. Hələ bilmirdik. Hələ xəbərsiz idik.



ÖZY PƏRVANƏ AŞİQ


Oxuram "İnna Fətəhna" mətləb allam yuxuda
Şahi-Mərdan nökəriyəm dərsimi pünhan verir.
(Aşıq Ələsgər)

Dərviş könülsüz gərək,
Döyənə əlsiz gərək,
Söyənə dilsiz gərək,
Sən dərviş olamazsan.
(Yunis İmrə)

Bitdi. Batində şəriət bitdi, elə təriqət də bitdi. Pünhan və nihan bir aşiqlik üstələdi onu. Eşqin libasına və imanına bürüdü. Əyinə biçilmiş paltar kimi bürüdü. Suya yanğılı dodaq, eşqə mübtəla ürək, elmə əyilən baş kimi bürüdü. İlham hakim oldu. Artıq minbərə qalıxırdı.
Dərvişlərdən birinin əfardı ilə minbərə qalxırdı Cəbrayıl. Sinələri, ürəkləri yandıran "Əkbərim oyan, yavərim oyan" avazı altında Cəbrayıl peyğəmbər minbərinə qalxırdı. Bütün ehtiram, izzət, iman və eşqilə, əlinin eşq sığalı ilə qalxırdı minbərə, asta-asta, ağır-ağır qalxırdı, eşqin bütün əzəmətilə qalxırdı. Deyəsən bu dəfə özü bilirdi, hələ biz bilmirdik. Bu aşiq eşq imanında o qədər kamil olacaq ki, sirayətə dönəcək və bizəlri eşqin kürəsində yandıraraq aşiqə döndərəcəkdi.Yana-yana bu aşiq bizləri eşq oduna atacaqdı. Mərsiyə, qəsidə, rövzə, növhə adı altındakı sözlərlə eşqini izhar edəcəkdi. O minbərdən yüksələn avaz eşidənləri titrədəcəkdi. Yox, bir dlinləməklə bir eşitməklə yaxalardan, ürəklərdən əl çəkməyəcəkdi. "Aşiq aşiqin cövhəridir" vəhdətinə qədər yürüyəcəkdi. Bu da azdır, bu növhələr, qəsidələr bu eşq yanğısını söndürməyəcəkdi, özü sinə vuranlara qoşulub sinə vuracaqdı. Bu da azdır, son anda, məhz son anda səsinin bütün əzəmət və məlahətilə "qollarınzı geniş açın, sinəni ürəklə vurun, ey Hüseyn aşiqləri!" deyə xitab edəcəkdi. Yox, bu da az oldu. Həmin o peyğəmbər minbərindən onun "ya Əli" nidası ucalacaqdı. Azdır, yenə də azdır. Bu aşiqin ağlar səsi, ağlar gözü, titrəyən əli, əsən vücudu heyrət eşqi doğuracaqdı. Artıq sözlə deyil, əməllə də "sev, sev" deyə təlqin edəcəkdi. Eşqdə nalə çəkən bülbül timsallı Cəbrayıl daha bir kamillik zirvəsinə qalxacaq, eşqin oduna səssiz yanan və şikayət etməyən, bu yanğıdan həzz alan, mahiyyətini bu yanmaqda görən pərvanə olacaqdı. Yrfanın və ürfan böyüklərinin kamil aşiq saydıqları pərvanə olacaqdı. Şikayətsiz, naləsiz, qəmxarsız, yarü-yavərsiz yanan pərvanə.

EY DƏRDİ, BİDƏRMANLARA DƏRMAN ƏBƏLFƏZ !


Xətai can arxına,
Əhli-ürfan arxına,
Mərifətdən su gələr
Tökülər can arxına.
(Şah Xətai)

Ölməyincə bu sevdadan çətin dönəm, usanam,
Həqiqətdən dərs almışam, təriqətdən söz qanam,
Şahi-Mərdan sayəsində elm içində ümmanam,
Dəryaların qaydasıdır, ümmana baş endirir.
(Aşıq Ələsgər)

O avazı ancaq can yaddaşınını qulaqları eşidəcək ki, bu pərvanə aşiq bunu necə ifadə edirdi, amma dil təkrarı olmaycaq. Çünki, dil təkrarı olmaq üçün ikinci HacıCəbrayıl lazımdır, o da yoxdur. Bu növhəni səsi, avazı, sözü ilə yaddaşlarda qalan Hacı Cəbrayıl can yanğısı ilə ifa edəcək.
"Ey dərdi bidərmanlara dərman Əbəlfəz,
Babil-həvayic şəninə qurban Əbəlfəz" deyəcəkdi Hacı Cəbrayıl. Bütnü ruhunun istəyi, eşqin məst edəcək həzzi, divanəlik həddinə çatdıracağı məqamı ilə deyəcəkdi. O mövlanın qapısında durmuş hacət istəyən şəxs və ya Hacı Cəbraylın bir dostu demişkən, öz yanında görüb hacət istəyən kimi istəyəcəkdi. Yox, özü üçün istəməyəckdi, iltimasi-dua edənlər üçün istəyəcəkdi. Özünə istəmyə yer qoymayacaqdı, elə qoymadı da. Dəvasız dərdə düçar olanda da dərdinə dərman istəməycəkdi, çünki yeni bir mərhələ gəlirdi. Bunu artıq Hacı Cəbrayıl bilirdi. Dərman yox, aşiq olduqlarını görmək istəyəcəkdi. Mövlalarını heç kəsin görə bilmədiyi kimi görmək istəyəcəkdi. Əzabların içində çırpınan cisminə rəğmən ruhu "mən sizdən doymadım, bu əzablar nədir ki" deyəcəkdi. Görüş istəyən dərman istəməz. Hacı Cəbrayıl da görüş istədi, dərman istəmədi. Əgər istəsəydi, dəvasız dərdlər dərmanı olan ağaları o dərmanı ondan əsirgəməzidlər. İstəmədi və görüş vaxtı gəldi. Aşiq-məşuqun bir-birinə sarılması məqamı gəldi, "ağa, sənə fəda olum" məqamı gəldi, bir sözlə aşiq Cəbrayılın pünhan məqamı açıldı və zahirə gəldi.

"MƏN HYSEYN NÖKƏRİNİN NÖKƏRİYƏM" VƏ YA "AĞLARAM, A" (Hacı Cəbrayıl)

Atam Heydər, anam Zəhra Hüseynəm,
Hüseynəm a, Hüseynəm a, Hüseynəm.
Babam Mühəmməd Mustafa, Hüseynəm,
Hüseynəm a, Hüseynəm a, Hüseynəm.
(Hacı Cəbraylın oxuduğu növhədən)

Açıldı bu pünhan məqam!!! İçimizdə idi deyə həmin məqamı görmədik. Gedəndə, bizlərdən ayrılıb qafileyi-eşqə qoşulanda bu məqam açıldı. Amma... Aşiqlə məşuqun sirri açıldımı, artıq ikisindən birinin yaşamaq haqqı olmur, fəna olanın bəqa olana qovuşma anı gəlir, cəm özü tamamlanır, höccət tamamlanır. Dünya sözü ilə deyirlər ki, Hacı Cəbrayıl komaya düşdü. İnanmıram. Hacı Cəbrayıl əbədi səfərindən bir qədər öncə mövlaları ilə pünhan görüşdü. Sonra qayıtdı, son dünya zikrlərini etdi, görüşəcəyi mövlalarının isimlərini bir daha qalanlara xatırlatdı, daim etdiyi dualarda dediyi kimi son nəfəsdə kəlmeyi-tövhidi cari etdi və əbədiyyətə uçdu. Ariflər getmir, ariflər uçur.

Sevdiyinə qovuşdu, elə həmin yaşda qovuşdu, eyni yaşda görünmək üçün qovuşdu, eşqinin mahiyyətinə vardı İmam Hüseyn aşiqi Hacı Cəbrayıl, Hüseyn nökəri Hacı Cəbrayıl, Hüseyn nökərinin nökəri Hacı Cəbrayıl.
Kərbəla meydanı, qurulu xeymələr, qusmal torpaq, qızmar günəş, susuz əhli-beyt, döyüş meydanı, şəhid olan cavanlar, arxasız, köməksiz qalan üsəra, vay nalələri, əxlaq və mərifət mənbəyi əhli-beyt üzvlərinin ərkanla dolu vida göruşləri, xeymələrin yağmalanması və bu meydan içrə Hacı Cəbrayılın ürək yandıran avazı. Bu səhnəni Hacı Cəbrayıl rövzə oxuduğu minbərdən yaradırdı, bu səsin eşqilə hamını uzun əsrlər üzərindən keçirərək Kərbəlaya aparırdı. Hüseyn bacısı xanım Zeynəbin atası Əliyyəl-Mürtəza ilə görüşünü vəsf edən aşiqin göz yaşı eşqinin içində lələ dönürdü. Yrəyinin ağzına gələn məqamında "açın qulaqlarınızı eşidin, Hüseyn kimi aşiq olmaz, Zeynəb kimi bacı olmaz, Əbəlfəz kimi qardaş olmaz, Əliəkbər kimi oğul olmaz" deyə bu aşiq məqamları vurğulardı. Biz dediklərini eşitdik, amma o dediklərini yaşadı və sona qədər yaşadığını elə yaşadı. Öz istədiyini və öz istədiyi kimi yaşadı.
Son məqamında öz aləminin Kərbəlasında bu görüşün eşqilə yanan bu aşiq "nə oldu bir Kərbübəlaya gəlmədin" ərki nazı edəcəkdi. Hüseyn məqamına dəyər olan
"Düşdü İbrahim əgər, şövqi həvayi-eşqə,
Vəli kim etmədi tab dərdi bəlayi-eşqə,
Bircə qurban ilə kim gəldi minayi-eşqə,
Gəlmişəm buraya yetmiş iki qurbanım ilən"
misralarını deyəcəkdi Hacı Cəbrayıl.
Yox, bu hamısı deyildi, bu aşiqin yanında dostları İmam Hüseyndən söz salanda və ya elə Hüseyn adını çəkəndə onun "ağlaram, a" nidası eşidiləckdi. "İlahi, bu dünyada gözlərimizi Hüseyn üçün ağlat ki, qiyamətdə bu gözlər giryan olmasın" iltiması edərdi.
"Ağlaram, a" bu sözü biz öz danışdığımız sözə, o isə aşiqi olduğuna ünvanladı. Bu "ağlaram, a" bir məqam idi, hələ çoxumuzun vara bilmədiyi məqam idi. Onun üçün çox sadə, bizlər üçün mübhəm, onun üçün əl çatan, bizlər üçün intəhasız, onun üçün asan keçiləsi rahat yol, bizlər üçün keçilməz dağ keçidləri. Fərq bu qədərdi.
"İlahi, Hüseyn eşqini qəlblərimizdən əskik etmə". Bu da onun duası idi, bir aşiqin duası idi, aşiqlərə olan duası idi.
Sonda köhnə kişilərin bir duası var idi və bu kişilər son məqamda bir-birinə "axirətdə görüşənə kimi" vidası edərdilər.
Ymid etmirik, amma axirətdə görüşə bilmək təsəllisilə bu imam Hüseyn aşiqindən
, imam Hüseyn nökərindən, imam Hüseyn nökərinin nökərindən, bu aşiq bülbül və yanar pərvanə aşiqdən ayrılırıq.
                                                                 
Elnur Mirzə, "Ekspress” qəzeti, 9.10.2008 il

 

 

Mikayılov Cəbrayıl Mikayıl oğlu 1952-ci ildə Abşeron rayonunun Novxanı kəndində anadan olub. Kiçik yaşlarından Quran oxumağı öyrənib. Sonralar orta təhsilini Maştağa qəsəbəsində yerləşən məktəbdə davam etdirməklə yanaşı, həmin qəsəbədə o dövrün böyük din alimlərinin yanında dinin əhkamini öyrənib. 1973-1975-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub. 1975-1982-ci illərdə Özbəkistanın Buxara şəhərində «Mir-Ərəb» mədrəsəsində dini təhsil alıb.

1982-ci ildən Bakı şəhərində «Əjdər bəy» və «Təzə pir» məscidlərində axund vəzifələrində çalışıb. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin Şəriət üzrə müavini və Qazilar Şurasının üzvü olmuşdur.

2008-ci il sentyabrın 30-da ağır xəstəlikdən sonra vəfat etmişdir.

                                  Allah rəhmət eləsin, qəbri nurla dolsun!

 

 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться