Hacı Molla Kərəm
Hacı Molla Kərəm 1869-cu ildə Novxanı kəndində anadan olub. 17
yaşından İranda dini məktəbdə oxuyub. Daha sonra Novxanıya gəlmiş, məscidin rəhbəri
olmuşdur. Novxanı, Saray və Corat kəndlərinin mollası olub. Həcc ziyarətinə
gedib. 4 oğlu, 4 qızı olub. İlkisi Əbdül-rahim 1921-ci ildə İranın Rəşt şəhərində
təhsil alıb və orada işləyib(məsciddə müctəhid olub). 1961-ci ildə vəfat edib və
Rəşt şəhərinin məscidin ərazisində dəfn olunub.
İkinci oğlu Əbdülrauf Bakıda
dini məktəbi qurtarıb, 1941-1945 illər müharibəsinin iştirakçısıdır.
1937-ci ildə Molla Kərəm
sovet hökumətinin düşməni kimi tutulub və Qazaxıstana sürgün olunub, orada da rəhmətə
gedib.
Molla Kərəm Quranın tərcüməsi,
oruc tutmaq qaydaları, camaatı namaza dəvət etmək, dinin təbliği və gənc
mollaların dini təhsili ilə bağlı Novxanıda mühüm işlər görmüşdür. Qeydiyyat,
VVAQ, doğum haqqında şəhadətnamə və s. sənədləri kənddə o tərtib edib və
onların saxlanılmasına nəzarət edib. Kitabları Mərkəzi dövlət arxivindədir.
Nəvəsi Safura Hacı Rauf qızı
babasının və atasının işini davam etdirir.
Nəvəsi Hacıyev Eldar
Hüseynağa oğlu Sumqayıt şəhər 2 №-li xəstəxananın endokrinologiya şöbəsinin müdiridir. Digər nəvəsi Hacıyev
Ağakərim Hüseynağa oğlu iqtisadi elmləri namizədidir, bank sistemində çalışır.
Hacı Rahim Babayev