NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 21.05.2024, 23:20

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Rəsul Rüstəmov | Регистрация | Вход

Rüstəmov Rəsul Əliabbas oğlu

 

       Azərbaycanın XX əsr görkəmli dilçi alimlərindən biri, filologiya elmləri doktoru, professor Rəsul Rüstəmov 1914-cü il martın 22-də Bakı şəhərində anadan olmuşdur. 1932-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib orta məktəblərdə müəllim işləmişdir. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin  iştirakçısı olmuşdur.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olmuş, 1948-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, 1949-cu ildə dosent, 1964-cü ildə professor elmi adını almışdır.

Rəsul Rüstəmov uzun illər ərzində ADU-da müəllim və şərqşünaslıq fakültəsinin dekanı olmuş, respublikada dilçilik kadrlarının yetişdirilməsində xüsusi xidmətlər göstərmişdir. R.Rüstəmovun tələbələri arasında dilçi-türkoloq, akademik, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru Ağamusa Axundovu, türkoloq alim, AMEA-nin müxbir üzvü, filologiya elmləri doktoru, professor Tofiq Hacıyevi və digərlərini göstərmək olar.     

 O, Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunda direktor müavini, sonra isə "Azərbaycan dialektologiyası” şöbəsinin müdiri işləmişdir. R.Rüstəmov 1957-ci ildə Bakıda, 1958-ci ildə Kazan şəhərində, 1959-cu ildə Kişinyovda, 1960-cı ildə Moskvada və digər şəhərlərdə türkoloqların və şərqşünasların beynəlxalq simpozium və konqreslərində Azərbaycanı təmsil etmişdir.

 R.Rüstəmov  "Quba dialekti” (1961), "Azərbaycan dili dialekt və şivələrində feyl” (1965) monoqrafiyalarının və onlarca başqa elmi əsərin, eləcə də  orta məktəbin 3-cü sinfi üçün "Azərbaycan dili” dərsliyinin müəllifidir, digər dərsliklərin tərtibində iştirak etmiş, "Azərbaycan dilinin dialektoloji lüğəti”nin əsas tərtibçilərindən və redaktorlarından olmuşdur. R.Rüstəmovun 50-dək məqaləsi "Azərbaycan Elmlər Akademiyasının xəbərləri”, "Sovet türkologiyası” və digər elmi jurnallarda çap olunmuşdur. ADU-nun "Bakı universiteti” qəzetinin redaktoru vəzifəsində də işləmişdir.

1966-cı  il iyulun 20-də vəfat etmişdir.

Araz Rüstəmov

 

 

Меню сайта

Форма входа

Календарь

«  Май 2024  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Подписаться