NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 21.11.2024, 17:13

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Ağabacı Paşayeva | Регистрация | Вход

Paşayeva Ağabacı Əlirza qızı 


  O, məktəbə qızlıq-sultanlıq çağında gəldi. 1948-ci ildə APİ-ni təzəcə bitirmişdi... İlk dəfə jurnal götürüb sinfə girəndə qıpqırmızı pörtdü, bildikləri də yadından çıxdı. Günlər keçdi, şagirdlər ona isinişdilər. «Ağabacı müəllimə» kəlməsi xırda dodaqlarda bala-şəkərə döndü.

     Bu məktəbdə toy şirnisi yeyildi, bu məktəbdə işləyə-işləyə müqəddəs analıq adını aldı. İndi onun ömür-gün dostu, tarixçi Həşim müəllim də bu məktəbdə işləyir. Övladları Təranə, Kainat və Taliə də bu məktəbdə oxuyurlar. Səhər ailə bütövlüklə məktəbə köçür: işləməyə, oxumağa. Məktəb onun evidir; əsl isti ailə ocağı.

     Dərsə möhkəm hazırlaşmaqla, saatlardan kənar işləməklə şagirdlərinə dərin bilik verən dil-ədəbiyyat müəllimi haqqında təriflər nəhayət, Kirov Rayon Xalq Maarif Şöbəsinin rəhbərlərinə çatdı. 1953-cü ildə onu çağırıb dedilər:

     - Məktəbə rəhbərliyi sizə tapşırırıq, bu da əmriniz.

     Yeddiillik məktəbin cəmi dörd sinif otağı var idi. İllər keçdi, otaqlar 8 oldu. Bundan əlavə direktor otağı, kitabxana və başqa otaqlar da yaradıldı. Məktəbdə bu il 450 şagird oxuyur.

     ...Biz məktəbə gələndə siniflərdə dərs keçilirdi. Açıq qapıdan görünən otaqda ortaboylu, dolu bədənli Ağabacı müəllim katibi Sona Şahbazova ilə jurnalları vərəqləyirdi. Qanıqara görünürdü. Səbəbini soruşduq:

     - Səkkizinci sinif şagirdimiz Sayad səhər bağdan dərsə gələndə avtobusdan düşüb yıxılmışdır. Bir az əzilib. Təcili yardım çağırıb göndərdik xəstəxanaya...

     Elə bil ana öz doğma övladı üçün ağrıyırdı. Təsəlli verdik .

     Otaqdakı şkaflardan biri üzərində çoxlu məktəbli forması, parça, ayaqqabı və dərs ləvazimatı gördük. Direktor bildirdi ki, icbari təhsil fondunu xərcləmişdir; azimkanlı ailələrin uşaqları üçün 250 manat pul sərf olunmuşdur.

     Biz məktəbin koridoruna çıxdıq. İgid Qafqaz qartalı Mehdi Hüseynzadənin büstü qarşısına o qədər qızıl gül qoyulmuşdu ki, ancaq baş hissəsi görünürdü. Həmin qızıl güllərdən birini də direktorun stolu üstündə gördük. Koridorun divarlarında ölməz partizanın çoxlu şəkli vardı. Direktor izahat verir:

-         Mehdi fəxrimizdir. Hələ məktəbə adı veriləndə şagirdlərimiz onun kimi namuslu və cəsur olacaqlarına and içmişlər.

     Biz «Əlaçılar lövhəsi» qarşısında ayaq saxladıq. 61 nəfər. Sağ olsunlar, andlarına sadiq çıxıblar. Öyrənirik ki, keçən dərs ilinin sonunda «4», «5» qiymət alanların sayı 117 nəfərə çatmışdır.

Direktor sözünə davam edir:

     - Əslində belə də olmalıdır. Hər bir şagird düşünür: «Əgər pis qiymət alsam, Mehdinin adına ləkə gətirmiş olaram». Təkcə koridorda deyil, siniflərdə və başqa otaqlarda da ürəkaçan bir səliqə vardır. Elə bir səliqə ki, o, əsasən, qadın əllərinə məxsusdur; hamısında qadın əlinin tumarı, sığalı, paklığı hiss olunur.

     Keçilən dərslərin yüksək səviyyədə mənimsənilməsi üçün məktəbdə kifayət qədər əyani vəsait vardır.

     Ağabacı müəllimin məktəbdəki işləri başdan-başa xoşa gəlir. Bütün valideynlər onu qəlbən sevirlər. Qaldı müəllimlərə, kollektivin səmimiliyi, əlbirliyi cəhətdən bu məktəb respublikamızın nümunəvi tədris ocaqlarından sayıla bilər.

     A.Paşayeva bütün işlərində valideyn komitəsinə, kənd Sovetinə, Abşeron üzümçülük sovxozunun ilk partiya təşkilatına və rəhbərliyinə arxalanır, daim onlardan məsləhət və kömək alır. O, kəndin xeyir-şərində, ictimai işlərdə fəal iştirak edir: uzun illərdir ki, kənd qadınlar şurası sədrinin müavinidir.

     İradə Ağayeva hələ birinci sinifdə oxuyur. Di gəl, direktorlarından o qədər xoşu gəlir ki,... Hər gün dərsə gələndə həyətlərindəki həmişəbahar gülündən birini gətirib onun mizi üstündəki qələmdana qoyur. VIII «a» sinfinin şagirdi Nazilə Ağayeva isə ona şer həsr etmişdir. Ağabacı müəllim, elə bu yazımızı da öz şagirdinizin tər-təzə sətirləri ilə bitiririk.

O bir kövrək anadır,

Ürəklər hakimidir.

Özü Həcər hünərli,

Qəlbi çiçək kimidir.

 

     Məmməd KAZIMOV,

                                                                        "Abşeron” qəzeti, №700 30.09.1966-сı il

 

 

P.S. Ağabacı Paşayeva 1924-ci ildə Maştağa qəsəbəsində anadan olub. Ötən onilliklər ərzində Ağabacı müəllim Novxanı kəndinin yüzlərlə uşağına – cavanına təkçə bilik öyrətməklə kifayətlənməyib, həm də onların əsl vətənpərvər kimi yetişməsi üçün böyük əmək sərf edib. Hər dəfə ləyaqətli yetirmələri ilə görüşəndə qəlbi dağa dönür. Ağabacı müəllim 20 ilə yaxin fasiləsiz sürətdə Novxanı məktəbinin direktoru olub, pensiyaya çıxandan sonra bu vəzifədə onu qızı Taliə əvəz edib.

 

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться