NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 21.11.2024, 17:34

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Teymur Ələkbərov | Регистрация | Вход

Ələkbərov Teymur Əlihüseyn oğlu

          Teymur Ələkbərov 1924-cü il fevralın 2-də Novxanı kəndində anadan olmuşdur.

 Orta məktəbi bitirdikdən sonra, 1941-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Təhsilini davam etdirərək 1942-ci ilə qədər "Qırmızı Proletar” zavodunda texnik-konstruktor vəzifəsində çalışmışdır. 1942–ci ildə cəbhəyə göndərilmişdir. 1944-cü ilə qədər vuruşmuş,  xəstəliyi ilə əlaqədar ordu sıralarından tərxis edilmişdir. 1944-cü ilin axırlarında Voladarski adına mexaniki zavodu İstehsalat şöbəsində rəis müavini işləmişdir.

     1948-ci ildə Bakı traktor təmiri zavodunda İstehsalat şöbəsinə rəis müavini təyin edilmişdir. 1950-1954-cü illərdə həmin zavodun mexaniki-yığma sexinin rəisi, 1954-1958-ci illərdə istehsalat şöbəsinin rəisi vəzifələrinə təyin edilmişdir. 1958-ci ildən 1960-cı ilə qədər Keşlə maşınqayırma zavodu direktorunun müavini işləmişdir. 1960-cı ildən 1962-ci ilə qədər Yüngül Sənaye Nazirliyi Süni dəri zavodunun direktoru, 1962-1965-ci illərdə isə Lenin adına toxuculuq kombinatının direktoru işləmişdir. 1967-ci ildə M.Əzizbəyov adına Neft və Kimya institutunu bitirmişdir. 1965-1970-ci illərdə SSRİ Yüngül Sənaye Nazirliyi nəzdində Məişət Kimyası və Ümumittifaq Süni Dəri Plyonka Materialları zavodunun direktoru olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun prorektoru təyin edilmişdir. 1971-ci il oktyabrın 15-nə kimi həmin vəzifədə çalışıb və bu müddət ərzində Gəncə şəhərində yerləşən Texnoloji İnstitutun nəzdində "Əl oyunları” idman zalını inşa etdirmişdir. 1971-ci il oktyabrın 15-də "Azərneftsənayemaşınqayırma” birliyinin M.Əzizbəyov adına maşınqayırma zavodunda direktor vəzifəsində çalışmış, 1973-ci ilin fevralında öz xahişi ilə həmin vəzifədən azad edilmişdir. 1973-cü ilin noyabrında Azərbaycan SSR Nazirlər Soveti nəzdində avtomobil yollarının təmiri üzrə Baş İdarəyə rəis təyin edilmişdir. 1977-ci ilin martından isə Tikinti Materialları Nazirliyinin Material-Texniki Təchizat İdarəsinə başçılıq etmişdir.

     1982-ci ilin martında Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin komplektləşdirmə şöbəsinə rəis vəzifəsinə keçirilmişdir. 1983-cü ilin dekabrında vəfat etmişdir.

    T.Ə.Ələkbərovun xidmətləri dəfələrlə dövlət səviyyəsində qiymətləndirilib. O, orden və medallarla təltif edilib.

Əli müəllim

 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться