Heydərov Yaşar Kamil oğlu
Yaşar Kamil oğlu heydərov 1972-ci il sentyabrın 20-də Novxanı
kəndində anadan olub.
M.Hüseynzadə adına orta məktəbin
səkkizinci sinfini bitirib. 1990-cı ildə hərbi xidmətə çağırılan Yaşar altı ay
Almaniya Demokratik Respublikasında qulluq etdikdən sonra Qroznı şəhərində
hərbi xidmətini davam etdirib. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra vətənə qayıdıb və öz xahişi ilə cəbhə bölgəsinə gedib. O, Laçın,
Ağdam, Goranboy, Naxçıvanik uğrunda gedən vuruşlarda iştirak edib, qəhrəmanlıq
göstərib. 1991-ci ilin dekabrında ayağından yara alıb geri qayıdıb, sağaldıqdan
sonra yenidən döyüşə yollanıb.
Altı ay sonra – 1992-ci il iyunun 12-də
isə Naxçıvanik uğrunda gedən döyüşdə yenə də ağır yaralanıb, Bakıya hərbi
qospitala gətirilib, ayağı kəsilib. Lakin güllə zəhərli olduğundan Yaşarı xilas
etmək mümkün olmadı. On gün sonra o, dünyasını dəyişdi.
Novxanı kənd qəbristanlığında dəfn olunub.
Adı əbədiləşdirilərək Novxanı kəndindəki
13 saylı uşaq bağçasına verilib.