NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 21.11.2024, 17:16

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Şah Soltan Hüseyn Məscidi | Регистрация | Вход

Şah Soltan Hüseyn Məscidi


     Novxanı kəndindəki Şah Soltan Hüseyn Məscidi (təxmini 1750-ci il) nə vaxtsa tarixi yaşayış məskəninin mərkəzi olmuş, indi isə demək olar ki, başlı-başına qalmış qədim bir ərazidə yerləşir. O, cənub tərəfdən kəndin "Aşağıbaş” adlanan hissəsinin yuharısında, çoxplanlı irihəcmli kompazisiya blokların və gümbəzlərin xarakterik cizgiləri ilə kölgə şəklində qavranılır.      Tərkibindəki ibadət zalına şimaldan xidməti otaq birləşir. Məscidin şərq qanadı tərəfdən isə sonradan xüsusi tipli portal tikilib. Namaz zalı naxışlarla bəzədilmiş kəsişən taqlarla sıx şəkildə tikilmişdir və günbəzin altı (gümbəzin qıraqları ilə) yayvari tağlarla əhatə olunmuşdur. Tağların çoxluğu memarlıq nöqteyi-nəzərincə interyerə yaraşıq və sərbəstlik verir, tavanının möhkəmliyini təmin edir.     Namaz zalının əsas məna daşıyıcılarından biri onun mehrab istiqamətidir. Qeyd edək ki, dərinliyi və yuxarıdan kəsişən tağ elementləri namaz zalının memarlıq elementləri ilə vəhdət təşkil edir. Mehrab divarı mehrabın təkçə qiblə istiqamətinin təyin edilməsi  üçün nəzərdə tutulmayıb. Divar, mehrabın sağında və solunda olan memarlıq elementlərinin və naxışların yükünü daşıyır. Bütün bu incəliklərdən əlavə, o, əsasən mehrabın yuxarısında və günbəz ətrafında yerləşən pəncərələri də özündə saxlayır.

      Həcmcə o qədər də böyük olmayan məscid divarlarındakı memarlıq elementləri öz incəliyini və həcmlərini qoruyub saxlayır və elə bir element ola bilməz ki, öz yerində olmasın, oradakı elementlərə yad olsun. Günbəz namaz zalında əsas konstruksiyalardan biri kimi qəbul edilir. Onun əsas funksiyası zalın ab-havasını sabit saxlamaq, zalın işıqlandırılması, zalda əks-sədanın yaradılmasıdır. Məscidin xarici baxımı və memarlıq həlli onun əhatəsi ilə vəhdət təşkil edir. Baş fasadın əsas elementi olan portal sağ tərəfinə uyğun olmayaraq həll edilmişdir. Binada memarlıq palitrası qabarıq işlənmiş, həcm baxımdan yumşaqlığı ilə binanı yüngül göstərir.

     Ümumiyyətlə arkalı eyvan Abşeron memarlığına xas olmayan bir üsuldur. Qabarıq elementlərin istifadə edilməsi uğurludur. Bu cür naxışlar1829-1875-ci illərdə Maştağa kəndində tikilmiş Xunxar məscidində və 1880-ci ilin memarlıq abidəsi olan müqəddəs „Bibi-Heybət" ziyarətgahı ətrafında bir çox özünə məxsus tikililəridə də qorunub.

           Məscid XX əsrin 30-cu illərində sovet hakimiyyəti tərəfindən baqlanıb. Baximsızlıq üzündən uçulub. Müvafiq icra strukturları məscidin bərpası ilə marağlanmırlar.

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться