$WDAY
$, 11.05.2024, 12:45
Ağayev Nadir Nağı oğlu 1952-ci il noyabrın 18-də Bakıda dünyaya göz açıb.
Orta təhsilini dörd məktəbdə oxuyaraq başa vurub. Keçmiş Kalinin adına zavodda,
indiki "Neftqaz-kimyavtomat” istehsalat birliyində çilin-gər işləyib. Bir ildən
sonra hərbi xidmətə çağırılıb. Nadir
Ağayevin uşaqlıq xatirələri yetərincədir. On yaşında olarkən taxta parçasından
düzəltdiyi üç simli musiqi alətini indiyə qədər canlı eksponat kimi evdə
saxlayır. Üç qavalından birini də məktəb illərində valideynləri tərəfindən ona
verilən gündəlik yemək pulundan kəsib beş manata alıb. Onu əlində gəzdirmək
üçün kağız karton-dan futlyarı da özü düzəldib. Səkkiz yaşında ikən
qonşuluqdakı toyda qaval çala-çala oxuyan Əlibaba Məmmədovu heyranlıqla
dinləyib. Elə o vaxtdan da məşhur xanəndənin onun qəlbində alışdırdığı sənət
alovu səngimək bilmədən şölələnir. Hətta uşaqlıq dönəmində bir gün qardaşı
Hacıağa onu dağlı Hacıqulunun toyuna aparıb. Xanəndə Əlibaba Məmmədov dəfini
ona verib, öz yerində oturdub. Nadir Ağayev ustadın "Dəsti təsnifi”ni oxuyub və
ifası bəyənilərək alqışlanıb. Oxuduğu məktəbdəki bədii özfəaliyyət dərnəyinin
məşğələlərində həvəslə iştirak edən Nadir Ağayev orada təşkil edilən konsertdə
musiqisi Əlibaba Məmmədova, sözləri Mikayıl Müşfiqə aid olan "Söylə” mahnısını
oxuyub. Həmin vaxtdan ötən 40 il ərzində nə oxumaqdan bezib, nə də tamaşaçı
alqışından doyub. 15
yaşında Rəşid Əliyevin bədii rəhbəri olduğu xalq çalğı alətləri ansamblına
daxil olub. Əlibaba Məmmədovun "Cahargah təsnifi” ni, "Dəsti təsnifi”ni, "Hasar
təsnifi”ni bu kollektivin müşayiəti ilə hazırlayıb və həmin repertuarla
Moskvaya yollanıb. Nadir Ağayevin çıxışı çox bəyənildiyindən festivalın
laureatı adına layiq görülüb. Beş il sonra Aşıq Ələsgər adına xalq yaradıcılıq evinin keçirdiyi "Oxu tar!” müsabiqəsində
ifa etdiyi "Cahargah təsnifi” müsabiqənin diplomunu alıb. 1974-cü ildə
"Ümumittifaq tələbə dəstəsi” devizi altında keçirilən kütləvi tədbirlərdə Nadir
Ağayev Vətən, Azərbaycan, Bakı haqqında Əlibaba Məmmədovun bəstələrini kənd
zəhmətkeşlərinə ərməğan edib. Əhaliyə
göstərdiyi yüksək xidmətə görə N.Ağayev respublika komsomolu Mərkəzi
Komitəsinin fəxri fərmanı və döş nişanı ilə təltif edilib. Nadir
Ağayev əməkdar müəllim Nəriman Əliyevdən muğamat üzrə dərs alıb. 1975-ci ildə
Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti, professor
Vasif Adıgözəlovun rəhbərlik etdiyi nüfuzlu münsiflər heyəti "Səni tərənnüm
edirəm fəhlə!” Ümumittifaq əmək mahnıları festivalında Nadir Ağayevin çıxışına
ikinci yer verib. Xalq
şairi Səməd Vurğunun anadan olmasının 70 illiyinə həsr edilmiş müsabiqədə o,
qələbə qazanıb. 1977-ci ildə Moskvada keçirilən Ümumittifaq mahnı festivalının
laureatı olub. 1981-ci ildə ikinci dəfə "Oxu tar” müsabiqəsinə qatılan Nadir
Ağayev "Anacan” xalq mahnısı ilə müsabiqənin ikinci mükafatına layiq görülüb. Sənət
müəllimləri Nəriman Əliyev və Nübüvvət Məmmədova olsalar da, Nadir Ağayevin
sənət aləmində idealı Əlibaba Məmmədov olub. 30 ilin xanəndəsi kimi, 10 il
rəhbərlik etdiyi "Pahab” xalq çalğı alətləri ansamblının bədii rəhbəri kimi,
Azərbaycan Xalq Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirərək 70-dək mahnı
və təsnif bəstələyən bəstəkar kimi, müxtəlif ədəbi janrlarda yüzə yaxın şerin
müəllifi – şair kimi daim Əlibaba Məmmədovu izləyib, onu təkrarlamağa can atıb. Onun
haqqında nə qədər yazılsa, yenə də azdır. Çünki əsl sənətkara sağlığında qiymət
vermək lazımdır
Təbriz Vəfalı, Azərbaycan Yazıçılar
Birliyinin üzvü
|
Меню сайтаАрхив записейПодписаться |