NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 23.11.2024, 12:13

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Kərbəlayi Həşim Dəniyar oğlu | Регистрация | Вход

Manafov Həşim Dəniyar oğlu

Kərbəlayi Həşim 1868-ci ildə Novxanı kəndində anadan olub. Körpə yaşında anasını itirib.  Dəniyar kişinin ikinci arvadı ona doğma balası kimi baxıb, sonradan dünyaya gətirdiyi iki qardaşından və dörd bacısından ayırmayıb. Bir gün atası ona öz atını verib qulluğa göndərib. 16 yaşlı gənc işini bitirdiktən sonra evə qayıdarkən kəndin kənarında yerləşən karvansarada Kərbəla ziyarətinə gedən zəvvarlarla görüşüb. Onların izdihamlı mərasimlərinin təsirinə düşərək ailəsindən xəbərsiz zəvvarlarla birgə Kərbəlaya yola düşür. Uzun yol gedəndən sonra həmkəndlisi ilə görüşüb, atı qaytarmağı, sağollaşmadan yola düşdüyünə görə atasından üzr istəməsini və ata haqqını halal etməsini xahiş edib.

Ziyarətdən qayıtdıqdan sonra atası ona yalnız atı qaytardığına görə iradını bildırır. O, bunu atasını atsız qoymaq istəməməsi ilə izah edir.

Kərbəlayi ailə qurduqdan sonra Bakıya köçür, torpaq sahəsi alır, mülk tikdirir. Hazırda həmin mülkdə onun nəvə-nəticələri yaşayırlar. Deyilənlərə görə Sovet kücəsində yerləşən "Novxanılılar” məhəlləsinin təməlini o qoyb. Bir müddət keçəndən sonra ortancıl qardaşı Məmmədhüseyn də onun həyətinin arxasında yerləşən torpaq sahəsində mülk sahibi olub.  Sonralar kicik qardaşı Aslan üçün də ev tikilir. Bu üç qardaş Novxanıdan kənarda yaşasalar da, kəndlərinin adını öz davranışları və nüfuzları ilə ləyaqətlə qoruyublar.

Həşim kişi əsasən heyvandarlıq və balıqçılıqla məşğul olub Səlyan kazarmalarının yerində böyük bir heyvan bazarının sahibi idi. Bir  necə qayığı vardı, onlar Bibiheybət tərəfdə balıq ovlamaq üçün dənizə çıxardı.

Dəniyar oğlu Həşim şəhərdə kiçik bir Novxanı yaratmışdı. Bir neçə həmkəndlisini öz ətrafında ev-eşik etmişdir. O, "Novxanılılar” məhəlləsində, ümumiyyətlə Bakıda sayılıb-seçilən ağsaqqallardan idi. 1924-ci ildə ağır xəstəlikdən sonra vəfat etmiş və Novxanıdakı qəbiristanlıqda torpağa tapşırılmışdır. 

                                             Hacı Cavanşir Manafov, nəticəsi

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться