Babayev
Zakir Nadir oğlu
Hacı Zakir Nadir oğlu 1975-ci il
yanvarın 20-də Novxanıda anadan olub. 1992-ci ildə Mehdi Hüseynzadə adına orta
məktəbi bitirib. Həmin il müqəddəs Məşhəd ziyarətində olub.
Hələ uşaqlıq illərindən dini elmlərə maraq göstərdiyindən 1992-ci ildə İran İslam Respublikasına oxumağa gedir. Ərdəbil şəhərindəki "Mirzə Əli Əkbər” mədrəsəsinə qəbul olur. 1993-cü ilin may ayında Təbrizin "Talibiyyə” mədrəsə-sində təhsil alır və həmin ilin sentiyabr ayında Qum şəhərinin "Əl-Məhdi” mədrəsəsində təhsilini davam etdirir. İslam elmləri-nin sərf, nəhv, fiqh, üsul, tarix, təfsir, əxlaq və əqaid (islam ideologiyası) elmlərinə mükəmməl yiyələnir.
Ayətullah Meşkini, Ayətullah Əhmədi
Miyanəci, Ayətullah Ənsari və bir sıra digər tanınmış alimlərin əxlaq dərslərində
iştirak edib.
Ayətullah Əhmədi Miyanəcinin "Məkasib”
kitabının "Mühərrəmə” bölməsi dərsində istirak edib.
Təhsil aldığı illərdə bir neçə kitabı,
o cümlədən Şeyx Abbas Quminin "Meracus-səadə” və "İmam Zeynəlabdin (ə)-ın həyatı”
kitablarını, Doktor Məhəmməd Ticaninin "Bilik Əhlindən soruşun” kitabını Azərbaycan
dilinə çevirib, bir neçə kitabın hazırlanmasında yaxından iştirak edib.
2001-ci ildə doğma yurduna qayıdıb, həm
öz kəndində, həm də Coratda fars, əxlaq,
əhkam və əqaid dərslərini tədris etməyə başlayıb.
2005-cı ildə ilk dəfə müqəddəs həcc
ziyarətinə gedib. Sonralar - 2006, 2007 və 2008-ci illərdə dəstə rəhbəri kimi həcc
ziyarətində, 2009-cu ildə Kərbəla ziyarətində olub.
2005-cı ildən Novxani kəndindəki "Həmzə”
məscidinin axundudur. O, həmişə dindarlar arasındadır. "Hacı Səfəralı” məscidində
keçirilən Cümə namazlarında moizələri əsasən o səsləndirir və onlar böyük
maraqla dinlənilir. Hər bir dindar şəriətlə bağlı suallarına ondan dəyərlı
cavablar alır. O, daim öz dini biliklərini artırmaq üzərində çalışır və bunları
dindarlar arasında yayır. İnternetdə onun bir neçə elmi məqaləsi dərc olunub.
Yeni kitabını nəşr etdirməyə hazırlaşır. Bizim kitabın hazırlanmasında da onun əməyi
önəmlidir.
Haci Zakir məscidə axund təyin olunduğu müddətdən bəri orada əsaslı dəyişiklər
baş verib. Məsciddə təmir-bərpa işləri aparılıb, bu gün onun zahiri görünüşü
zövg oxşayır. Həyətində abadlıq işləri aparılıb, güllər əkilib, dəstəmaz almaq
üçün otaq yenidən qurulub, oraya isti su çəkilib. Məsciddə kitabxana açılıb,
yüzlərlə cilddə orada kitab toplanıb. Bu quruculuq işləri əsasən dindarların məscidə
nəzir verdiyi pulun, və Hacı Zakir başda olmaqla bir qrup kənd sakininin zəhməti
hesabına mümkün olub. Xeyriyyəçilər axundun çalışqanlığını görüb bu gün bəzi
işlərin görülməsində məscidə yardım göstərirlər.
Vaqif
Ağayev