NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 21.11.2024, 17:08

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Məmmədəli Manafov | Регистрация | Вход

Manafov Məmmədəli Həşimbala oglu

 

         "Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar məscidi təmir edə bilərlər. Yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar. Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər”

         "Ət-Tövbə” surəsi,18-ci ayə.

          Həzrət Məhəmməd (S) Peyğəmbər mübarək hədislərində buyurub: "İnsanların ən yaxşısı camaatın xeyrinə çalışandır”. Bəli, ulu Tanrı belələrini insanların fövqünə qaldırıb, yalnız savab işlər görməyi onlara qismət eləyib. Belə insanlardan biri Manafov Məmmədəli Həşimbala oğlunun nəcib, xeyirxah əməli təqdirə layiqdir.

1987-ci ildə Novxanı kənd məscidi uçulub dağılmaq təhlükəsi qarşısında qalmışdı. Məscidin axundu, Hacı Əliəsgər Mikayılzadə o zamanı belə xatırlayır:

       "Məscidimiz ibadət üçün tamam yararsız idi. Divarlar çat-çat olmuş, günbəz elə dağılmışdı ki, göy görünürdü. Təməli də çökmüşdü. Bir sözlə, əsaslı təmirə, bərpaya çox ehtiyac vardı.

        Hər həftə iməciliklər keçirməyə başladıq. Uşaqdan böyüyə, bütün kənd camaatı məscidin yenidən dirçəlməsi ücün canla-başla işə girişdi.

         Ağsaqqallarımızın, möminlərimizin imzası ilə məscidin bərpa olunmasından ötrü Azərbaycan Nazirlər Soveti yanında dini qurumlar üzrə idarəyə, eləcə də, Moskvanın müvafiq idarəsinə novxanılıların məktubu göndərildi. Həmkəndlimiz Məmmədəli Həşimbala oğlu ərizələrin tezliklə qəbul olunması üçün Rusiya paytaxtına gedib böyük fəallıq göstərdi. Bir il sonra Moskvadan məktubumuza razılıq cavabı gəldi. Məmmədəli məscidin təmirinin, bərpasının və abadlaşdırılmasının bütün xərclərini öz öhdəsinə götürdü.

       İnşaat materialları çox bahaydı, çətin tapılırdı. İş icraçısı Xocabəy Ağabəy oğlu müxtəlif inşaat müəsisələrinin, idarələrin rəhbərləri ilə "dil tapıb” məscid ücün lazımı avadanlığın alınmasına çalışırdı. Əlbəttə, bütün tikinti materialları, avadanlıqlar Hacı Məmmədəlinin şəxsi vəsaiti hesabına başa gəlirdi. Kənd sakinləri də imkanları qədər köməklik edirdilər.”                                                          

              Məşədi Ağagül Hacı Məmmədəlinin xeyiriyyəçi işlərindən böyük razılıq hissi ilə söz açır:

      "Çox səxavətli, əliaçıq adam idi. Dünya malını özünə dost tutan deyildi. Dar məqamda imkansızın, yoxsulun imdadına çatandı. Məscid təmir olunan günlərdə inşaatçılar üçün ərzaq gətizdirər, qoyun kəsdirərdi. O, əsl Əhli-beyt aşiqi idi. Hər il Seyyidüşşühəda İmam Hüseyn (Ə) təziyəsini saxlar, ehsan süfrəsi açdırardı. Allah ona rəhmət eləsin!”.

       İslam Peyğəmbəri mübarək hədislərinin birində buyurub ki, "Vətən sevgisi imandandır. İmanı olmayan vətəni sevə bilməz”. 1991-ci ildə Laçın rayonunda erməni işğalçılarına qarşı döyüşən könüllü dəstələr silah sarıdan korluq çəkirdilər. Qeyrətli oğlumuz Məmmədəli bunu biləndən sonra, Laçına bir yük maşını ov silahlarından ibarət silah-sursat göndərmişdi.

       Novxanı kəndində Hacı Məmmədəli barəsində söz düşəndə onu dərin hörmətlə, ehtiramla yad edirlər. Hacı Vaqif Əliqardaş oğlunun dediklərindən:

          - "1980-cı illərin sonunadək kəndimizdəki məscid yararsız vəziyyətdə olduğundan, orada ibadət edə  bilmirdik. Cümə namazı qılmaq üçün paytaxtımızın Hacı Əjdər bəy məscidinə gedirdik. Hər dəfə cümə namazında Məmmədəli ilə görüşərdik. O, əsl mömün müsəlman idi. Camaat arasında hörmət-izzət sahibiydi. Yaşlı olmasa da, ağır təbiəti, təvazökarlığı ilə Abşeronun "köhnə kişi”lərinə oxşayırdı. Allah ona rəhmət eləsin!”.

         Novxanı kəndinin tanınmış, hörmətli, mömün ağsaqqallarından biri, mərhum Hacı Əliövsət Məmmədəli haqqında həmişə ürək dolusu, fərəh hissi ilə deyərdi:

        -"Novxanı məscidinin abadlaşdırılmasında, bugünkü şəklə salınmasında Hacı Məmmədəlinin əməyi hədsizdir, bununla da o, axirətini bu dünyada qazanıb.”

        Hacı Məmmədəli Həşimbala oğlu 1951-ci il avqustun 5-də Bakıda doğulub, 1969-cu ildə 176 saylı orta məktəbi, sonra isə ticarət texnikumunu bitirib 1980-90-cı illərdə Binəqədi rayonunun Ictimai İaşə Xidməti sistemində rəhbər vəzifələrdə çalışıb.

        Hacı Məmmədəlinin islamın müqəddəs simalarına olan məhəbbəti xüsusiylə diqqətə layiqdir. Bu rəğbət onu hələ  1988-ci ildə Məşhəd  ziyarətinə sövq edib. Sovet hakimiyyəti dövründə bu ziyarəti açıq şəkildə həyata keçirmək mümkün deyildi, buna görə Məmmədəli gizli yolla İranın Xorasan vilayətinə gedərək İmam Rzanın türbəsini ziyarət edib. Geri dönərkən İran sərhədçiləri tərəfindən saxlanılıb. Sərhədi pozduğu üçün axtarılır üstündə Qurandan başqa heç nə tapılmır. Məşədi Məmmədəli sərhədçilərin suallarına belə cavab   verir : "Mən istəyimə nail oldum, ağanı ziyarət etdim, indi nə istəyirsiniz edin”. Zəvvarın imam Rza aşiqi olduğuna əmin olan iranlılar onu hörmətlə yola salır, sərhədi gizli yolla keçməyə imkan yaradırlar.  Afərin! Başqa cür etsəydilər, Məmmədəlini vətənimizdə həbs gözləyirdi.

         Novxanı müsəlmanlarının sevimlisinin İrana ikinci səfəri 1990-cı ildə qanuni olub. O, qonşu ölkədə baş verən zəlzələdən zərər çəkmiş müsəlman bacı və qardaşlarımıza şəxsi vəsaiti hesabına yardım aparmışdı. Bu yardımı paylayarkən verilən sualları belə cavablandırmışdı: "Bunları Bakının Novxanı kəndindən göndəriblər.”

        Xeyirxaq mömin 1992-ci ildə həcc ziyarətində olub, 1993-cü ildə İraqın Kərbəla, Nəcəf, Samirə, şəhərlərində islamin müqəddəs şəxsiyyətlərinin məqbərələrini ziyarət edib. Zəvvar yoldaşlarından birinin söylədikləri indi də qulaqlarımda səslənir: "Kərbəla yaxınlığında qrup rəhbəri avtobusu saxlatdıraraq bizə dedi: "Düşün maşından, Fəratın suyu ilə sərinlənin”. Hamı düşdü, çaya doğru irəlilədi, lakin Hacı Məmmədəli Fərata yaxın getmədi. Səbəbini soruşdum, o, cavabinda əhli-beyt şairi Racidən aşağıdakı misraları səsləndirdi :

                        "Axdın aləmdə axı bəs niyə həryanə Fərat,

                        Olmadın qismət Hüseynə, dönəsən qanə Fərat”.

Hacı İrana 1993-ci ildə sonuncu səfər edib, o zaman qrup rəhbəri idi və həmkəndlilərini Məşhəd ziyarətgahına aparmışdı.

          Hacı Məmmədəli 2003-ci il mayın 6-da qəflətən ürək çatışmazlığından dünyasını dəyişib və Novxanıdakı ailə 

qəbristanlığında torpağa tapşırılıb.

Aşağıdakı misralar ondan yadigardır:                                                          

                                             Novxanılı deyil, Novxanıda yaşayan,

                                             Novxanılıdır Novxanını yaşadan!

                                         

                                                                                                Hacı Arif  Bahadıroğlu,  "Qızıl qələm” mükafatı laureatı

 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться