NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 22:36

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Böyükxanım Balakişiyeva | Регистрация | Вход

    Balakişiyeva Böyükxanım Ağadayı qızı

 

 

Böyükxanım Balakişiyeva 1934-ci ildə Bakı  şəhərində doğulub. Uşaqlıqdan səyahətçilər, macəra ilə dolu həyatlarından çoxlu kitab oxumuşdur. Xəyallarında özünü gəmidə səyahətə çıxan və ya təhlükəli kəşfiyyat ekspedisiyasının üzvü təsəvvür edirdi. Uşaqlıq arzuları geoloq olmaq istəyinə gətirib çıxardı.                    

    O, 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinin tələbəsi oldu. 1957-ci ildə institutu bitirərək dağ-mədən mühəndis-geofizik ixtisası alıb. 1958-ci ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda işləyib.

     1965-ci ildə ”Azərbaycan polimetallik yataqlarında nadir elementlərin  geokimyası” mövzusunda namizədlik dissetasiyası müdafiə edib. Onun 25 ildən artıq Xəzər dənizi ilə bağlı spektrokimya tədqiqatları elmin yeni bir sahəsinin formalaşması ilə nəticələnib -su və süxurların geokimyası. İlk dəfə olaraq nadir kimya elementlərinin xəritəsini tərtib edib və Xəzərin kimya modelini təqdim edib.

     Neft və qaz yataqları axtarışında geokimyəvi meyarları müəyyən etmək onun daimi maraq dairəsində idi. Anam Xəzərin dib çöküntülərində mikroelementlərin paylanması qanunauyğunluğunu ixtira edib. ”Neft və qaz yataqlarının geokimyəvi axtarışı” adlı ixtirasına SSRİ-nin kəşfiyyat və ixtiralar üzrə komitəsi tərəfindən müəllif şəhadətnaməsi verilib. Bu üsula əsasən dənizin dib çöküntülərinin tərkibində mikroelementlərin (vanad,bor, marqanes) anomal konsentrasiyası burada neft və ya qaz yatağı olması haqqında fikir söyləməyə imkan verir. Bu üsul Abşeron yarımadasının Bahar, Qərbi-Abşeron yataqlarında, Xamadaq qalxmasında öz təsdiqini tapıb, ölkəyə böyük iqtisadi səmərə verib.

    B.Balakişiyeva uzun müddət Geologiya İnstitutunun "Spektrogeokimya” laboratoriyasına başçılıq edib. 53 elmi əsərin müəllifidir.

     Çox mübariz olması təkcə elmi fəaliyyətində deyil, ümumiyyətlə həyatında iki qızına qayğıkeş, böyükürəkli ana, ən yaxın, mənəvi dayağ olan dost olmağa imkan verirdi. Qızlarına deyirdi ki, çətinliklərlə qarşılaşanda ruhdan düşməsinlər, güclü iradəyə malik olsunlar. Deyirdi ki, insanın daxili dünyasının meyarı onun hər bir adamda yaxşını tapmaq qabiliyyətidir. Həyatın acılarını yaşamış anam istəyirdi ki, uşaqları insanlara və bir birinə qarşı mehriban, nəcib olsunlar. Hər səhər çıxan günəşə sevinsilər, Allahın bağışladığı hər günə şükür etsinlər. Özü məhz belə yaşayırdı.

     Planları çox idi. Təəssüf ki, xəstəlik onların reallaşmasına imkan vermədi. 1995-ci ildə dünyasını dəyişdi.

 

                                                                                                            Lalə Əsgərova, qızı

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться