NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 01:48

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | “Novxanı” və “Siyan” yer-yurd adlarının mənşəyi haqqında | Регистрация | Вход

"Novxanı” və "Siyan” yer-yurd adlarının mənşəyi haqqında

 

Bir çox yazılarda Novxanı kəndinin adının "nov” və "xanə” tərkiblı fars sözlərindən əmələ gəlməsi ilə əsaslandırırlar. Bu sözlərin azəri türkcəsinə tərcüməsi "yeni bina”, "yeni məkan”, "yeni yer” mənasını verir. Bu da zəlzələdən və Xəzər dənizinin su səviyyəsinin artması ilə əlaqədər dağılmış Siyan kəndinin təzə əraziyə köçməsi və siyanlıların təzə kəndlərinə verdikləri adla izah edilir. Lakin məsələnin bu cür qoyuluşu bəzi suallar ortaya gətirir:

Kəndin adının kökü fars mənşəlıdırsə niyə ərazisində Ağdaş, Sarıqaya, Qurddərəsi, Keçəldağ, Qızıllı, Yuxarı Maralan və s. yer adları türk dilindədir? Yeri gəlmışkən qeyd etmək istərdim ki, fars dilində bu sözlərin birgə oxunuşu tamam başqa məna daşıyir.

Novxanılılar və yaxud da siyanlılar türkdilli olduğu halda, niyə kəndə fars dilində ad veriblər?

Bu ad qədim İran höküməti tərəfindən verilibsə, niyə Abşeronun diqər əksər kəndlərinin adları fars mənşəli deyil?

Niyə İranın özündə "xanə” ilə bitən yaşayış məkanının adına təsadüf etmirik?

Siyan kəndi dağıntıya məruz qalanadək yaşayış üçün əlverişlı olan (su, göl, yol amilləri nəzərdə tutulur) Novxanı kəndinin ərazisində heç kim yaşamayıb?  

Bu cür suallara bu gün cavab tapmaq çətindir. Gənc nəslimiz bəlkə də bu məsələyə tam aydınlıq gətirə bilər.

Novxanı və Siyan toponimlərinin mənşəyi ilə bağlı əldə etdiyimiz bütün ehtimalları önəmli sayaraq nəzərinizə çatdırırıq.

Vaqif Ağayev

***

EM-Pİ-EY informasiya agentliyinin baş redaktoru Pənah Rüstəmzadənin dediklərindən: "Yadımdadır, bir neçə il əvvəl Rusiyanın ORT kanalında tarixi hadisələrə həsr olunmuş verılış göstərilirdi. Verilişdə müasir Çin Xalq Respublikısının ərazisində olan Siyan adlı yaşayış məntəqəsindən bəhs olunur, həmin yer də göstərilirdi. Düşündüm ki, bu, Siyan tayfasının əcdadı ola bilər. Həmin verilişdə qədim türk etnoslarından  söhbət gedirdi. Məntiqlə düşünəndə türk etnoslarının Uzaq Şərqdən, daha doğrusu, Çindən Asiya ərazilərilə Xəzər dənizi istiqamətində miqrasiyası istisna olunmur. Verilişdə qədim İpək Yolunun  tarixi haqqında müxtəlif fikirlər söylənilirdi.

Dilçilik baxımından onu da qeyd etmək lazımdır ki, indiki  uyğurların məskunlaşdığı ərazi Sintsyan adlanır. Siyan adı asimilyasiyaya uğrayıb müasir Siçyan şəklinə düşə bilər. Əlbəttə, bu elmi məsələnin daha ətraflı araşdırılması tarixçilərin, dilçilərin, etnoqrafların və başqa peşə sahiblərinin işidir. Biz isə  yalnız öz subyektiv mülahizələrimizi bildirmək istədik.”

* * *

Xalq yazıçısı Mövlud Süleymanlının da fikirləri maraq doğurur. Onun xalqımızın ulu keçmişi, etnoqrafiyası, türklərin yaşadıqları ərazinin toponimiyası ilə  bağlı araşdırmaları "Sir xalqı haqqında sirlər” yazısında bildirilir ki, "Bakı kəndlərindən olan Novxanının adı yaxın keçmişəcən Si-yan (Si-lər) olub və mənim fikrimcə, bu gün etimoloji araşdırması üzərində baş sındırdığımız Səbayıl adı Si və Bayıl - iki tayfanın birləşmə-sidir. Bu gün Si yer adına quzeyli-güneyli Azərbaycanımızda tez-tez rast olunur: Sisyan, Siyəzən, Sisi kənd, Cici kənd və sairə”.

Hacı Arif Bahadıroğlu

* * *

Linqvistik cəhətdən "nov” sözü təkcə fars dilindən yox, həm də rus, latın və ingilis dillərindən də təxmini olaraq eyni cür səslənərək "yeni” mənasını verir. Rus dilində "новый” sözündəki "ый” şəkilçisini nəzərə almasaq bu sözün latın dilindəki "нео” və ingilis dilindəki "new” sözü ilə necə uyğun gəldiyinin şahidi olarıq. Əslində fars dilində "yeni” sözü "nоv” şəklində yox, "nоu” şəklində ifadə olunur ki, bu da ingilis və latın dillərindəki sözlərə daha çox uyğun gəlir. Əgər sərbəst təfəkkürə yol verərək məntiqlə düşünsək, bu yad dillərdəki "yeni” mənasını verən sözlərin bu dərəcədə uyğunluğunu yəqin ki, dini-tarixi baxımdan Nuh peyğəmbərin adıyla izah etmək olar. Həm də nəzərə alınmalıdır ki, xristian aləmində Nuh peyğəmbərin adı Noy kimi tələffüz olunur. Deməli, əslində "Novxanı” toponimi "yeni ev” mənasını verməklə bərabər həm də "Nuhxanə”, yəni Nuhun evi mənasına da gəlir. Əslində Nuh dövründə dünyanı su basdıqdan sonra hər şey yenidən başlandığı üçün "Noy” sözü həm də "yeni” mənasını almağa başlayır. "Yeni ev” mənasında Novxanı isə Siyan kəndindən sonrakı yeni ev yox, tufandan sonrakı "yeni ev” kimi başa düşülməlidir.

Siyan kəndi haqqında məlumat üçün isə biz yenə də Kalankutuklunun "Albaniya tarixi”nə müraciət edək. Həmin kitabın 18-ci səhifəsində qeyd olunur: "Bundan sonra Yelisey Qüdsün birinci batriki Ağamızın (İsanın) qardaşı, müqəddəs Yakovun tövsiyəsi ilə müqəddəs Ruh naminə Şərqə təyin edilir. Yelisey öz sərəncamına Şərqi (Albaniyanı) alır. Qüdsdən ayrılıb İrana gedir və orada ermənilərin gözündən qaçaraq Məskut elinə keçir. Öz təbliğini o, Çolada başlayır və müxtəlif yerlərdə şagird toplayaraq onlara Xilaskarı (İsanı) andırmağa çalışırdı”. Tarixdə qeyd olunan Məskut müasir Vəlvələçayla Yalama ara-sında yerləşirdi. Çola isə müasir Dərbənd yaxınlığında yerləşən bir əyalət olmuşdur. Müqəddəs Yelisey İrandan Məskuta və Ço-laya getməsi üçün mütləq Abşeronun qərbindən keçməli və burada öz doğma vətəni Qüdsdən bir nişanə olaraq Sihyan yaşayış məskənini qoymalı idi. Sihyan isə həmin "Tarix”də qeyd olunduğu kimi Qüdsdə bir məhəllənin adıdır. Əlbəttə, İsanın təbliğatçısının Nuhun xanəsini ziyarət edərək onun yaxınlığında yaşayış məskəni salması təəccüblü olmazdı. Beləliklə zaman baxımından Novxanı Siyandan daha qədimdir. Sihyan sözündəki "h” hərifinin düşərək "Siyan” forması alması isə tamamılə mümkündür.

Sual oluna bilər ki, bu qədər qədimlik isnad olunan kəndin tarixi abidələri niyə çox az, həm də zamanca daha cavandır? Bunun səbəbi elə kəndin qədimliyidir. Cəmi üç əsr yarım yaşı olan Şah Sultan Hüseyn məscidi tarixi abidə kimi dövlət tərə-findən qoruna-qoruna artıq demək olar ki, yer üzündən silinibsə, gör onda heç kimin qorumadığı abidələr - ovdanlar, məscidlər, məzarlıqlar və digər tikililərin aqibəti necə olar. Vaxtilə Siyan kəndinin ərazisində neft buruqları salınan zaman orada qədim yaşayış məskənləri, maddi-mədəniyyət nümunələri və s. aşkar-lanmışdı. Bu torpaq öz qoynunda çox sualın cavabını gizləmişdir. Yəqin ki, bu ərazidə geniş arxeoloji tədqiqatlara başlamağın vaxtı çatmışdır.

Məzahir Hacıyev, kənd sakini

* * *

Orta əsirlərdə fars dili dövlət dili olduğundan, qeydiyyata alınan bütün yer adları fars dilində olmalı, və ya uyğunlaşdırılmalı idi. Digər ehtimallara əsasən, Siyan sözü də fars sözüdür -otuz mənasını verir. Görünür kənddəki evlərin sayı ilə bağlıdır.

Lakin kənd ərazisində yer adları türk dılındədir. Sarıqaya, Qurddərəsi, Ağdaş, Aşağıbaş, Keçəldağ, Aladaş, Daşlı, Əhəngyanan, Nohurüstü, Donbalanlıq, Yuxarı Maralan, Aşağı Maralan, Qızıllı kimi toponimlər yerli əhalinin türkdıllı və türkmənşəli olduğunu sübut edir.

1813-cü il əhalinin qeydəalınma siyahısına nəzər yetirsək (bax əlavə 1), Daşdəmir, Aslan, Tanrıverdi, Əliverdi, Atamoğlan, Bəybala, Xocabəy, İmamqulu, Dəmir, Atakişi, Kiçikbəy, Ulubəy kimi adların mövcudluğu əhalinin türk olduğunu təsdiq edir.

Mənim və Novxanı kəndinin bəzi ziyalılarının fikrincə Siyan sözü "az-as” tayfa adının,”an” şəkilçisi ilə birləşməsinin təhrif olunmuş forması olub, azların, yəni azərilərin yeri deməkdir. Ümumiyyətlə Bakı camaatının özünəməxsus ləhcəsi sözlərin təhrif olunmasına şərait yaradır. Beləliklə Asian-Siyan olduğu üzə çıxır. Novxanıya yaxın olan Masazır, Corat, Saray kimi kəndlərin adında "az-as” sözünün olması da diqqəti çəkir. Azərbaycan, Xəzər, Qafqaz və s. toponimlərə öz adını vermiş as-az-oğuz tayfalarının adı Siyandan da yan keçməmışdır.

Lakin bir məqam ortaya çıxmış olur: "xana” sözü yer adlarına qoşulub toponim yarada bilməz. Dəlləkxana, meyxana, əczaxana, zorxana, yeməkxana kimi sözlərdən də açıq görünür ki, bunlar kiçik bir subyektə aiddir. ”Xana” sözüylə yaranmış şəhər və kənd adları demək olar ki, yoxdur. Bizim fikrimizcə Novxanı, NUH-AN sözünün təhrif olunmuş formasıdır. Novxanılılar arasında Nuh adına həmişə rast gəlinib. Müasir dövrümüzdə də bunun şahidi oluruq - Nuhbala, Nuhoğlan kimi kişi adları indi də mövcuddur. Nuhlar, Nuhun yeri mənasını verən "Nuhan” ərəb, fars, rus idarəçiliyi dövrlərində şəklini dəyişmiş, bugünkü şəklini almışdır. Nuh kəlməsinin Nuh peyğəmbərə və yaxud ərazinin ilk sakinlərinə məxsus olmasını söyləmək indi çox çətindir. Amma novxanılıların mövhumatçı və dindar əhali olduğunu nəzərə alsaq, birinci varianta üstünlük vermək olar.

Oxucular haqlı olaraq Kürdəxanı, Balaxanı, Suraxanı kənd adlarını mısal gətirıb, bu adlarda da "xana” sözünün olduğunu göstərə bılərlər. Bizim fikrimizcə, bu halda da yuxarıda göstərilən adlar "an” şəkilçisi ilə bitməlidir. Novxanı variantında olduğu kimi burda da müxtəlıf səbəblərdən adlar təhrifə uğramışdır. Bu adlar da öz araşdırıcısını gözləyir.

İndi daha bir faktın üstünə gələk. Novxanı camaatından haralı olduğunu xəbər alanda cavab həmişə bir olur:”nouxanlı”. Heç kim ”novxanılı” olduğunu söyləmir. Ata-babalarımız da eyni səpkidə danışıblar. Abşeronun digər kəndlərinin camaatı da bizə həmişə "nouxanlı” deyə müraciət edib. Bu sətirlərin müəllifinin də novxanılı olduğunu nəzərə alsanız, niyyətimin ancaq həqiqət və xoş olduğuna inanarsıniz. Beləlıklə kəndimizin tarixi adı Novxana deyil, Nuh-andır.  

                                         Əhməd Cabarov


* * *


       3000 il əvvəl Çinin paytaxtı (məşhur terrokot döyüşçu heykəlləri şəhəri) SİYAN şəhəri olarkən , Türklər hücum edib paytaxtı işxal edirlər. O vaxt turk xaqanının türk xanımından NOXANYAH adlı bir oğlu varmış.Siyanı tutduqdan sonra xaqan çin imperatorunun qızı ilə də evlənir və ÇİÇİ adlı bir oğlu da 
dünyaya gəlir.Bir müddətdən sonra xaqan dünyasını dəyişir və NOXANYAH təzə xaqan seçilir.
     NOXANYAH ölkədə çinlilərin türklərdən qat-qat çox olduğunu görüb,buradan getməyi qərara alır və Çiçiyə də bunu təklif edir, o isə anasının çinli olduğuna görə heç bir təhlükə görmədiyini deyib Çində qalır.Gedərkən NOXANYAH xanədanın 40 bəyindən 20 sini Çiçi ilə qoyub tapşırır ki, ancaq bunlara bel bağlasın. NOXANYAH Çindən uzaqlaşıb qərbə tərəf gedir,özü ilə xeyli qızıl apardığına görə yolda əvvəl monqollarla , sonra isə hunlarla döyüşməli olur, sayları azalır. Az adamla gəlib Abşerona çatır və daşdan bir neçə ev tikdirir. Bu vaxt onlar daş tikilini ancaq SİYAN kimi təsəvvür etiklərinə görə kəndin adı Siyan olur, amma soruşduqda ki, kimlərdənsən -cavab verirlərmiş ki, NOXANYAH uşaqlarındanam. Beləliklə də kəndin adı Noxanı (V hərfi Buzovna sözündəki kimi artıqdır) qalır. Sonradan çinlilər qiyam edib , kiçik qardaş Çiçini qovanda tütk bəyləri onu qoruyub ölkədən çıxarırlar.

     Maraqlıdır ki bu gün Quba rayonunda yeganə xalça toxuyan ÇİÇİ kəndi var və indi bu kəndin əhalisinin çox hissəsi bura 150 il əvvəl İrandan köçürülmüş (fars mənşəli) tatlar olsa da məşhur xalçaların üzərindəki ornamentlərin xalis türk ornamentləri olduğu sübut edilir. 

Telman Həsənov

 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться