NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 22.11.2024, 08:35

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | İlqar Abdullayev | Регистрация | Вход

Abdullayev İlqar Niftulla oğlu


     Qaradinməz, hündürboy, cüssəli, vətənpərvər, qeyrətli oğul idi İlqar. Erməni faşistlərinin ölkəmizə qarşı ərazi iddiaları başlayanda, onların Qarabağda yaşayan soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri eşidəndə özünü saxlaya bilmirdi. ˝Mən bu alçaqları yaxşı tanıyıram, cavab vermədikcə üstümüzə ayaq açacaqlar˝, - deyirdi.

     İlqar Niftulla oğlu Abdullayev 1962-ci il aprelin 11-də İrəvan vilayətinin Dərələyəz mahalının Əmağu kəndində anadan olub. Hələ uşaq ikən qanı millətçiliklə yoğrulan ermənilərin türklərə düşmən münasibətini hiss etmiş, onları müxtəlif bəhanələrlə yurd-yuvalarından didərgin saldıqlarının şahidi olmuşdu. Bəli, düşmən bizim ˝xalqlar dostluğu˝ndan ağızdolusu danışdığımız dövrdə də öz işini görürdü və İlqargilin ailəsi də belə bir müsibət nəticəsində doğma torpaqlarından çıxıb əvvəlcə Şəkiyə, 2 il sonra 1974-cü ildə isə Novxanı kəndinə köçüb gəlməyə məcbur oldu.

     İlqar uşaqlıqdan dənizçi olmaq istəyirdi. Elə bu məqsədlə səkkizinci sinfi bitirib sənədlərini Bakıdakı gəmiçilik üzrə peşə məktəbinə verdi. 1981-ci ildə həmin məktəbi bitirib, hərbi xidmətə yollandı. O, iki il Monqolustan Xalq Respublikası ərazisində keçmiş sovet ordusu sıralarında xidmət etdi. Ordudan təxris edildikdən sonra İlqar Bayıldakı gəmi təmiri zavodunda işə başladı.

     O, ailədə, dördüncü övlad idi. Dörd bacısı, iki qardaşı vardı. Qaradinməzliyi, işgüzarlığı, mehribanlığı ilə qardaş-bacılarından fərqlənirdi. Oxuduğu məktəbdə, işlədiyi kollektivdə hamı onu çox istəyirdi. Dostluqda çox möhkəm idi.

     ...İlqar Milli Ordumuzun yaradılmasını gözləyə bilmədi. 1991-ci ilin oktyabr ayında özü üçün tikdirdiyi evin inşasını yarımçıq qoyub könüllü Qarabağa yola düşdü. Kərkicahanın müdaiəsində iştirak etdi. Sonralar isə birinci batalyon təşkil ediləndə bu taqımın əsgəri kimi Şəhidlər Xiyabanında and içdi. Həmin andiçmə mərasimindən televiziya işçilərinin hazırladığı reportajda müsahibə verdi. Dedi ki, torpaqlarımızdan yağı ayağı kəsilənədək geri dönməyəcək, şəhid olmuş bacı və qardaşlarımızın qanını yerdə qoymayacaq.

     Tez-tez zəng vurardı. Səsi gah Kərkicahandan, gah da Malıbəylidən, Quşçulardan, Meşəlindən gələrdi. Ön cəbhədən xəbər tutmaq üçün qohum-əqraba ona çoxlu sual verərdi. ˝Daşaltı əməliyyatı˝nı unuda bilmirdi. Bircə onu deyərdi ki, bizi satdılar, çoxlu igidimiz bu xəyanətin qurbanı oldu. İlqar özü isə üç nəfər yoldaşı ilə üç gün qarın altında qalmış, təsadüf nəticəsində sağ qurtarmışdı. Sonralar kiçik qardaşı Vüqar evdən icazəsiz Qarabağa gedir. İki qardaş Şuşadan bir-birindən xəbərsiz vuruşmuşlar. Bir gün İlqarın dostu Sahib Namazov təsadüfən Vüqarı görüb İlqara xəbər verir. Onda İlqar Kosalarda imiş. Eşidən kimi Şuşaya gəlir. Təcrübəsiz, hərbi təlim görməmiş Vüqarı güclə qoca ata-anasının yanına qaytarır.

     İlqar Şuşaya bir çox xəyanətlərin, satqınlıqların canlı şahidi idi. Şuşanın işğalından 10-15 gün qabaq birinci batalyonun ləğv edilməsi və əsgərlərin evə buraxılması bunu bir daha təsdiq etdi. Lakin bir çox qeyrətli oğullar kimi, İlqar evə qayıtmadı. Onda Zəngilan rayonu da çətin günlərini yaşayırdı. İlqar döyüş dostları ilə birgə Zəngilanın müdafiə edilməsi üçün oraya yollandı. Düşmən Seyidlər kəndinə tez-tez hücum edirdi. İlqar burada özünü əsl qəhrəman kimi göstərdi. Nəinki Seyidlərlə, hətta Zəngilanın özündə də çoxları onu tanıyırdı. Lakin xəyanət, satqınlıq tezliklə buraya da ayaq açdı. Ərzaq, silah alveri gedirdi. Xalqın əsgərlərimizə göndərdiyi ərzaqlar satılırdı. Döyüşçülərimiz soyuq səngərdə günlərlə ac, susuz, siqaretsiz qalırdılar. İlqar buna dözə bilmirdi. Ona görə də bir neçə yoldaşı ilə Müdafiə Nazirliyinə gəldi, ˝Vətən, millət˝ deyən başabəla rəhbər soydaşlarımızı bu xəyanətdən xəbərdar etmək istədi. Amma kim idi onları eşidən?

     Zəngilana qayıdandan sonra heç bir həftə keçməmişdi ki, İlqar Abdullayevi və onun döyüş yoldaşı Asif Ağakişiyevi Seyidlər kəndindən geri qayıdarkən 1992-ci il mayın 24-də rayon mərkəzində müəmmalı şəkildə qətlə yetirdilər. İlqarın ömrü də evinin tikintisi kimi yarımçıq qaldı.

       Yeganə yadıgarı – oğlu Qurban və ömür-gün yoldaşı Güləndam İlqarın Bakının Şəhidlər Xiyabanıındakı qəbrini tez-tez ziyarət etsələr də, onun ölümünə hələ də inanmırlar.

     İlqar Abdullayevin adı əbədiləşdirilərək yaşadığı küçəyə verilib.

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться